Fermer istehsalı müasir texnologiyaların tətbiqi hesabına artırır

 

Yüksək texnologiyalar əsasında rəqabət-qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək günün prioritet məsələlərindəndir. Söz yox ki, yüksək texnologiyaları mənimsəyərək istehsal artıran təsərrüfatların yaradılması ölkənin idxaldan asılılığını aradan qaldırmaqla yanaşı, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə ərzaq təhlükəsizliyinin aradan qaldırılmasına da müsbət təsir göstərir.

Belə fermer təsərrüfatlarından biri Tovuz rayonunun Bozalqanlı kəndindədir. İxtisasca həkim olan Kamal Ələsgərov çoxdan arzuladığı işə girişərək qısa vaxt ərzində böyük bir təsərrüfat yaratmışdır. O, yeni yaratdığı bu təsərrüfatda 60 hektar kartof əkib. Müasir texnologiyalara üstünlük verən təsərrüfat sahibi İran İslam Respublikasından süni suvarma qurğuları, dərman vuran, kartof çıxaran texnika alıb. Həmçinin 8 hektarda xurma əkən K.Ələsgərov meyvə bağını genişləndirmək məqsədilə qardaş Türkiyədən məhsuldar gilas ağaclarının alınması ilə bağlı müqavilə bağlayıb.

Kamal Ələsgərovla əkin sahələrində görüşdük. Əlini böyük bir ərazini əhatə edən sahələrə uzadaraq dedi ki, yaxşı çıxış alınıb: “Ziyanvericilərə qarşı vaxtında mübarizə aparsaq təbiət imkan versə, məhsulumuz bol olacaq. Əkdiyimiz toxumu Rusiyadan alsaq da, holland sortudur. Ancaq mən xaricdən gətirilən toxumların əkilməsinin əleyhinəyəm. Çünki onların mənşəyi bizə məlum deyil. Ancaq biz təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb həmin toxumları əkirik. Özümüzün yerli iqlimə uyğunlaşanTelmanAğçiçəksortları artıq tükənmək üzrədir. Belə getsə, həmin kartoflardan məhrum olacağıq. Ancaq mən çalışacam ki, yerli sort kartofları bərpa edim”.

Təsərrüfat sahibi sonra bildirdi ki, artıq 15 ildən çoxdur kartofçuluqla məşğul olan təsərrüfat sahibləri toxumu Rusiyadan alırlar. Hər bir kartof sortu isə 7 ildən sonra məhsuldarlığını itirir. Göründüyü kimi, Rusiyadan alınan kartof toxumları da öz keyfiyyətini çoxdan itirib. Elə buna görə ildən-ilə məhsuldarlıq azalır. Yerli sortların yenidən bərpası isə xüsusi laboratoriyada mümkündür: “Azərbaycanda həmin laboratoriya olmadığından iranlı mütəxəssislərə müraciət etdim müqavilə əsasında bir qədərTelmanAğçiçəkkartof sortlarının toxumunu göndərdim. Əgər nəticə müsbət olsa, ya payızda, ya da gələn il həmin toxumları öz sahəmdə əkməyi planlaşdırmışam”.

Yetişdirilən məhsulu saxlamaq və əhalini il boyu kartofla təmin etmək üçün təsərrüfatda 3 tonluq soyuducu anbar inşa edilir. Hazırda anbarın tikintisində son tamamlama işləri görülür. Yaxın günlərdə ikinci soyuducu anbarın tikintisinə də başlanılması nəzərdə tutulub. Ancaq vəsait çatışmazlığı buna imkan vermir. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyinə ehtiyac var.

Təsərrüfatda quraşdırılmış müasir suvarma qurğuları da səmərəli işləmir. Elektrik enerjisinin tez-tez kəsilməsi su itkisinə səbəb olmaqla yanaşı, bitkiyə də mənfi təsir göstərir. Rayon elektrik şəbəkəsində bunu avadanlıqların köhnə olması ilə əlaqələndirirlər. Həmin avadanlıqların yenilənməsi üçün 30 min manat vəsait tələb olunur. Buna isə təsərrüfatın gücü çatmır.

Bütün bu çətinliklərə baxmayaraq, təsərrüfat sahibi nikbindirbu il əkin sahələrindən bol məhsul götürmək əzmindədir. O, bilir ki, çəkilən zəhmət heç vaxt yerdə qalmır. Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətini vurğulayan Kamal Ələsgərov əminliklə bildirdi ki, başladığı bu yaxın illərdə öz bəhrəsini verəcək.

 

Sabir ƏLİYEV,

Azərbaycan .- 2016.- 10 iyun.- S. 6.