Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
N 214
N 214 Bakı şəhəri,
7 iyun 2016-cı il
“Elektron hökumət” portalına qoşulmalı
olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın
və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron
xidmətlərin “Elektron
hökumət” portalına
qoşulması üçün
Texniki Tələblər”in
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may
tarixli 118 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təşkili
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli
1206 nömrəli Sərəncamının
3.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may
tarixli 118 nömrəli
qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, N 5, maddə 547; 2015, N 8, maddə 974, N 11, maddə
1417) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına
qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın
31-ci hissəsi və
31.1-ci bəndi ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
AZərbaycan.- 2016.- 10 iyun.- S. 5.