Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı N 215
N 215 Bakı şəhəri,
7 iyun 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların Siyahısı”nda
dəyişiklik edilməsi
barədə
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təşkili
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli
1206 nömrəli Sərəncamının
3.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 1, maddə 57, N 11, maddə
1417) ilə təsdiq edilmiş “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı
orqanların Siyahısı”nın
6.9-cu bəndinə “Açıq
Səhmdar Cəmiyyəti”
sözlərindən sonra
“və “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyəti” sözləri
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
AZərbaycan.- 2016.- 10 iyun.- S. 5.