Azərbaycan Avropanın iqtisadi, enerjilogistik mərkəzlərindəndir

 

Prezident İlham ƏLİYEV: “Azərbaycan müasir, inkişaf edən, iqtisadi cəhətdən müstəqil, iqtisadiyyatı şaxələndirilmiş, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə rəhbərlik edən və dünyada çox yaxşı nüfuza malik bir ölkədir”.

 Müstəqilliyinin 25-ci ilini yaşayan respublikamız üçün son illər xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin davam etdiyi hazırkı həssas dönəmdə dünya birliyində özünün layiqli mövqeyini qoruyub saxlamasıdır. Böhran yalnız ayrı-ayrı ölkələrin iqtisadiyyatının tənəzzülə qarşı müqavimət qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoymadı. Üzləşdikləri iqtisadi tənəzzül onları həm də ciddi mənəvi sınaqlarla üzləşdirdi.

 Ölkəmizin qüdrətlənməsi son illərin əsas nailiyyətidir

 Azərbaycanda isə vəziyyət fərqlidir. İqtisadi böhranın təsirləri hiss olunsa da, son illər respublikamız yerləşdiyi bölgənin lideri statusunu daha da gücləndirib. Ölkəmiz Avropanın enerji xəritəsinə etdiyi korrektələrlə, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında yaxından iştirakı ilə qlobal aktuallıq kəsb edən məsələlərdə söz sahibi olduğunu təsdiq edib. Bu dövrdə Azərbaycan digər mühüm beynəlxalq uğurlara da imza atıb, BMT Təhlükəsizlik Şurasına üzv seçilib, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olub, xaricə investisiya yatıran ölkəyə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Bu mənada müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, beynəlxalq birliyin nüfuzlu subyektlərindən birinə çevrilməsi son 12 ilin əsas nailiyyətlərindəndir.

İqtisadi sahəyə gəldikdə isə, qeyd edildiyi kimi, böhranın təsirləri Azərbaycanda hiss olunsa da, ölkəmiz ümumən son 12 ildə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atıb. Bu dövrdə həyata keçirilmiş tədbirlər ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan verib, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, yeni müəssisələr və yerləri açılıb, sahibkarlıq fəaliyyəti genişlənib, biznesinvestisiya mühiti daha da yaxşılaşıb, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi yüksəlib. Son aylarda isə hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğruldub, uğurla gerçəkləşdirilən antiböhran tədbirləri və iqtisadiyyatımızın mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb. İyunun 7-də Berlində, Almaniyanın İqtisadiyyatEnerji Nazirliyində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bu dövrü xarakterizə edərək deyib: “Son 10-12 ildə əsasən neft hasilatının artması hesabına, - lakin təkcə buna görə yox, - iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb. Biz yoxsulluqişsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir”.

 

“Cənub qaz dəhlizi”nin uğurla reallaşmasının səbəbi Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyətidir

 

Forumdakı çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, həm də beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin yaradılmasındakı iştirakı və mövqeyi barədə də tədbir iştirakçılarına məlumat verib. Bu da təsadüfi deyil. Çünki bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri ölkələrin enerji təhlükəsizliyidir. Xüsusən Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini təkmilləşdirməyə və gücləndirməyə ehtiyac duyurlar. Həm də artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, enerji təhlükəsizliyinə nail olmadan irəliyə getmək mümkün deyildir. Ona görə son vaxtlar keçirilən bütün siyasiiqtisadi məzmunlu konfransların gündəliyində yer tutan başlıca məsələlərdən biri enerji təhlükəsizliyidir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycana bu baxımdan əksər dövlətlər həsəd apara bilər. Ölkəmiz bu sahədə həyata keçirdiyi uğurlu və nümunəvi siyasəti ilə enerji əməkdaşlığına və enerji təhlükəsizliyinin təmininə töhfə verir. Azərbaycanın təşəbbüsü, yaxından iştirakı və dəstəyi ilə “Cənub qaz dəhlizi”nin reallaşması isə yaxın gələcəkdə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Avropalılar özləri də hazırda genişmiqyaslı infrastrukturenerji layihəsi olan “Cənub qaz dəhlizi”nin Avropanın enerji təminatında əsas mənbələrdən biri olacağına əmindirlər.

Təsadüfi deyil ki, “Cənub qaz dəhlizi”nin ayrı-ayrı hissələri ilə bağlı tikinti layihələrində iştirak edən ölkədən üçü Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası isə bu işə güclü dəstək verir. Avropa Komissiyası “Cənub qaz dəhlizi”ni ortaq maraqlara xidmət edən əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib. Bu barədə Avropa Komissiyasının hesabatında deyilir. Bildirilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək.

Hazırda “Cənub qaz dəhlizi” layihəsi üzrə işlər sürətlə davam edir. Layihənin həyata keçirilməsində iştirak edən hər bir dövlət və ya şirkət öz məsuliyyətini dərk edir, üzərinə düşən işi vaxtında yerinə yetirir. Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iclaslarında da Azərbaycanın layihədəki aparıcı rolu yüksək qiymətləndirilib. Lakin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi, təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Bu mənada Azərbaycanın diplomatiyasının uğurlarının və müxtəlif məsələlərdə konstruktiv əməkdaşlıq nümayiş etdirməsinin nəticəsidir ki, ölkəmizin enerji məsələləri ilə bağlı təşəbbüsləri Avropa İttifaqı tərəfindən dəstəkləniretiraf olunur.

 Azərbaycanın tranzit imkanları güclənir

 Prezident İlham Əliyev çıxışında nəqliyyat məsələlərinə də toxundu. Bu da təbiidir. Çünki hazırda dünyanın hər yerində sərnişin və beynəlxalq yükdaşımaları sahəsində ciddi rəqabət var. Müasir dövrdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticariiqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını daim qoruyub saxlayır. Belə şəraitdə böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Yeni infrastruktur layihələri ölkəmizin bu sahədə rolunu artıraraq strateji əhəmiyyət kəsb edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması isə Azərbaycanın tranzit imkanlarını daha da artıracaq. “Xəzər dənizində Bakıya yaxın yerdə ən böyük dəniz limanının tikintisi və yenə də Azərbaycan ərazisindən istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin yaradılması layihələri ilə Azərbaycan nəqliyyat nöqteyi-nəzərindən regionun coğrafilogistik mərkəzinə çevriləcək. Bu, nəinki iqtisadi cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirəcək”, - deyə Prezident İlham Əliyev forumdakı çıxışında bildirib.

Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Respublikamızın həm regional, həm qlobal miqyasda nüfuzu yüksəlib, geoiqtisadigeosiyasi rolu artıb. Ölkəmiz regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün isə Azərbaycan yeni dövrə qədəm qoyub. Belə ki, artıq neft sektorunun inkişafı prioritet deyil. Lakin Azərbaycan indiregionu əhatə edən bütün beynəlxalq iqtisadi layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ən mühümü isə odur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın iştirakı olmadan bu layihələrin uğurla başa çatmasının mümkünsüz olduğunu biliretiraf edir.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2016.- 10 iyun.- S. 1;4.