Bilik Fondu İordaniya
səfirliyi ilə anlaşma memorandumu imzaladı
İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh ilə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tərəfindən imzalanan sənəd iki qurum arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləməyi və bu əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
İmzalama mərasimində səfir Nassar İbrahim Məhəmməd əl-Habaşneh fondun əməkdaşlarını salamlayaraq ölkələrimiz arasında 1993-cü ildən başlayan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Səfir imzalanan sənədin qarşılıqlı maarifləndirici layihələrin həyata keçirilməsinə təkan verəcəyini də vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
“Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı
hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi”nin olduğunu
xatırladaraq, maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik
arasında ikitərəfli anlaşma memorandumunun imzalanmasının işbirliyinə böyük töhfə
verə biləcəyini qeyd edib. İcraçı direktor
onu da bildirib
ki, səfirin Bilik Fonduna gəlişi zamanı aparılan fikir mübadiləsi əsasında artıq maarifçilik
sahəsində birgə fəaliyyət üçün
konkret təkliflər hazırlanıb.
Azərbaycan.- 2016.- 10 iyun.- S. 3.