Prezident İlham Əliyev bugünkü mürəkkəb beynəlxalq şəraitdə praqmatik addımlar atır

 

Azərbaycan-Almaniya iqtisadi münasibətlərinin yüksələn xətlə inkişaf etməsi də bunun nəticəsidir

 

İqtisadi maraqların təmin edilməsində siyasi amillər qabardıqca superdövlətlər ambisiyalarını gizlətmədən ikili standartlar tətbiq edir, öz maraqlarını çəkinmədən daha sərt şəkildə ortaya qoyurlar. Əksər supergüclər Qafqazın, əsasən də Azərbaycanın onların siyasi, hərbi və iqtisadi maraq dairələrinə daxil olduğunu birmənalı şəkildə bəyan edirlər. Ölkəmizin zəngin təbii ehtiyatları, əlverişli geosiyasi mövqeyi hamının diqqətini özünə çəkir. Bu mürəkkəb şəraitdə aydın görünəni odur ki, Qərbin aparıcı dövlətləri Qafqazda yeni güc, nüfuz mərkəzi kimi birmənalı şəkildə Azərbaycanı seçirlər.

Bu baxımdan Azərbaycan Prezidentinin Almaniyaya baş tutmuş səfəri ərəfəsində Bakda keçirilən XXIII Beynəlxalq “Xəzər NeftQaz 2016” sərgisi ilə bağlı ABŞ Prezidenti Barak Obamanın, eləcə də Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiklər təbrik məktubları səciyyəvidir. Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını, regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirmişdir. O, Azərbaycan Prezidentinin “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi, şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyinin gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini qeyd etmiş, ABŞ-ın Azərbaycanın sadiq tərəfdaşı olaraq qaldığını məxsusi vurğulamışdır. Birləşmiş Krallığın Baş naziri Devid Kemeron isə məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirmiş, “Cənub qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu, bu istiqamətdə Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirmişdir. Göründüyü kimi, ötən əsrin sonlarında Azərbaycanla bir qədər təpkili diplomatiya tərzində danışan “supergüclər” bu gün ölkəmizə yanaşmada səmimi dost münasibəti nümayiş etdirirlər.

Ümumiyyətlə, cəmi 25 illik kiçik bir zaman kəsimi ilə ölçülən müstəqillik tarixinə baxmayaraq, Azərbaycan öz adını müasir dünya düzəninə bütün diplomatik imkanlardan yetərincə faydalanan güclümüasir dövlət kimi həkk etmiş, nüfuzsöz sahibinə çevrilmişdir. Azərbaycanın beynəlxalq münasibətlər tarixində qazandığı bütün bu uğurlarda isə uzun illər keçmiş SSRİ kimi qüdrətli dövlətin ən güclü siyasi siması sayılan ulu öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin dövlətçilik təcrübəsi və dərin bilikləri böyük rol oynamışdır. Azərbaycan-Almaniya iqtisadi münasibətlərinin inkişafında da bu iki tarixi şəxsiyyətin ciddi səyləri və böyük əməyi danılmazdır.

Dünyada inkişaf edərək dərinləşən və bəzi məqamlarda ağır müharibələrə çevrilən bütün hərbi münaqişələrin iqtisadi maraqlara dirəndiyi aydın görünür. Siyasi amillərin iqtisadi münasibətlərə şəksiz təsiri nə qədər sərt olsa da, Azərbaycan bütün beynəlxalq təzyiqlərdən özünü vaxtında mühafizə edə bilmiş, siyasi, hərbi, iqtisadi müstəvidə güclü dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağa nail olmuşdur. Göründüyü kimi, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük BritaniyaAlmaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirirlər.

Bu baxımdan Azərbaycan-Almaniya münasibətləri xüsusi maraq kəsb edir. Bu əlaqələrin tarixi hələ 1473-cü ildə Ağqoyunlu dövlətinin elçisi Uzun Həsənin Almaniya imperatoruna yazdığı məktubdan başlamış və XIX əsrin əvvəllərində almanların Azərbaycana köçü ilə davam etmişdir. Həmin dövrdə Xanlarda, Şəmkirdə və Qazaxda alman yaşayış məskənləri salınmış, “Siemens”, “Krupp”, “Benkendorfkimi alman müəssisələri fəaliyyətə başlamışdır.

Bu gün isə Azərbaycanda 180-ə yaxın alman şirkəti fəaliyyət göstərir. 2014-cü ilin ortalarına kimi Almaniya tərəfindən ölkəmizin iqtisadiyyatına 760 milyon dollar həcmində sərmayə yatırılmışdır. Ümumiyyətlə, müasir dövrdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin özülü Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması ilə 1992-ci il yanvarın 12-dən sonra qurulmuşdur. Həmin ilin sentyabrında Azərbaycanın Almaniyada, Almaniyanın Azərbaycanda səfirlikləri açılmışdır. Diplomatik əlaqələrin yaranması qarşılıqlı münasibətlərin inkişafına təkan vermişdir.

Ulu öndər Heydər Əliyevin Almaniyanın o zamankı Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkəyə 1996-cı ildəki səfəri zamanı keçirilən görüşlərdə ölkələrimiz arasındakı əməkdaşlıq geniş müzakirə olunmaqla yanaşı, Azərbaycan ərazilərinin işğalı və məlum münaqişənin sülh yolu ilə həlli məsələlərinə xüsusi yer ayrılmışdır. İqtisadi münasibətlərin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində bu ölkənin işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan adamları ilə görüşü xüsusi əhəmiyyət kəsb edir. Həmin görüşdən sonra Azərbaycanda çalışan alman şirkətlərinin sayı və investisiya qoyuluşlarının həcmi sürətlə artmışdır. Siemens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Benzkimi iri şirkətlər Azərbaycanda uğurla biznes fəaliyyəti göstərməyə başlamışlar. İki dövlətin qarşılıqlı iqtisadi mədəni əlaqələrində maraqlı faktlardan biriAlmaniyada 2008-ci ilin “Azərbaycan ilielan edilməsi olmuşdur. Almaniya həmçinin beynəlxalq layihələrdə ölkəmizin mühüm tərəfdaşlarından biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu Berlin səfəri zamanı “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni, Alman-Azərbaycan Forumu idarə heyətinin sədri Hans-Eberhard Şlayerqurumun üzvləri ilə keçirdiyi görüşlər də belə qənaətə gəlməyi imkan verir ki, iki ölkənin iqtisadi münasibətləri müasir dövrdə daha müsbət perspektivlərə köklənir. Prezident İlham Əliyevin iqtisadi məsələlərdən başqa Alman-Azərbaycan İqtisadi Forumunun idarə həyətinin üzvlərinə aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumat verməsi, danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparması iki ölkənin səmimi münasibətlərinə işarədir.

Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaşlar olduqlarını, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirməsi, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizliyin və sabitliyin vacibliyini, mövcud status-kvonun qəbul edilməsinin yolverilməzliyini bəyan etməsi də təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin görüşü də belə qənaətə gəlməyə əsas verir ki, iki ölkə arasındakı iqtisadi əlaqələr siyasi anlaşmalara söykənir.

Kansler Prezident İlham Əliyevin Almaniyaya səfərini və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərə yüksək qiymət vermiş, böhranın aradan qaldırılması üçün Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışlamışdır. Xanım Merkel Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atıldığını bildirmişdir. Görüşdə həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qeyd edilmiş, “Cənub qaz dəhlizi”nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi vurğulanmış, Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlardan danışılmışdır. Angela Merkel mətbuat konfransındakı bəyanatında perspektivlərə nikbin münasibətini belə bildirmişdir: Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqə saxlamaq, bütün sosial aspektləri, o cümlədən iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var”.

Azərbaycanla Almaniya arasında fəal dialoqgüclü iqtisadi əlaqələr mövcuddur. İki ölkənin qarşılıqlı əməkdaşlığı iqtisadi əlaqələrin qarşılıqlı inkişafından başqa, regional sülhünsabitliyin qarantı kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün Azərbaycanla ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir.

Azərbaycan və Almaniya enerji sahəsində də yaxşı əməkdaşlıq qura bilmişlər. Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsi isə iki ölkənin iqtisadi əlaqələrinin uzunmüddətli perspektivlərə hesablandığından xəbər verir.

Azərbaycan Prezidenti

İlham Əliyev Almaniyaya səfəri zamanı keçirilən mətbuat konfransındakı bəyanatında ikitərəfli münasibətləri yüksək qiymətləndirmiş, bu münasibətlərin Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacağına əminliyini bildirmişdir: “Əminəm ki, Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülhsabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik. Bu dörd qətnamə iyirmi ildən çoxdur ki, qəbul edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və onların icrası üçün heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib”.

Son illər keçirilən bütün beynəlxalq görüşlər onu deməyə əsas verir ki, Azərbaycan diplomatiyası püxtələşərək yeni mərhələyə yüksələ bilmişdir. O, dünya ilə yeni iqtisadi münasibətləri uğurla qurur, eyni zamanda, çəkinmədən, qətiyyətlə özünün haqlı mövqeyinin dəstəklənməsini tələb edir. Azərbaycan torpaqları işğaldan nə qədər tez azad olunarsa, bir o qədər də sürətlə Qərblə iqtisadi əlaqələr inkişaf edəcək, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının üfüqləri genişlənəcək.

Bahadur İMANQULİYEV,

Azərbaycan.- 2016.- 11 iyun.- S. 4.