Bəşəriyyətin azərbaycanlısı

 

Vətənini kainatın beşiyi sayan, ömrünün 95-ci fəslini yaşayan Lütfi Zadə onun bugünkü inkişafından qürur duyduğunu söyləyir, dövlətimizin başçısı ilə fəxr edir

 

Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində Prezident İlham Əliyev bildirmişdir ki, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq: “Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsuneyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər”.

Vətəndən çox-çox uzaqlarda yaşayan soydaşlarımız var ki, Azərbaycanın adını üçrəngli bayrağımız kimi şərəflə ucaldır, digər xalqlara da sevdirirlər. Belə azərbaycanlılar, əlbəttə, Vətənin tarixi keçmişibugünkü inkişafından qürur hissi keçirdiyini yalnız dilə gətirmir, eyni zamanda, əməli fəaliyyətlərində də isbatlayırlar. Dövlətimizin başçısının da xüsusi qeyd etdiyi kimi, belə soydaşlarımızla xalqımız fəxr edir. Əlbəttə, Azərbaycanın dünyada olduğu kimi tanıdılmasında onların da üzərinə az məsuliyyət düşmür.

Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edə bilməyən, lakin bütün varlığı ilə xalqına bağlı soydaşlarımızdan biriömrünün 95-ci ilində olan, Vətənini kainatın beşiyi sanan, müasir, yeni Azərbaycanın inkişafından qürur duyan, dünya şöhrətli alim Lütfi Zadədir. Qurultaylar dövründə müstəqil Azərbaycanın böyük inkişaf yolu keçməsindən qürur duyan, dünyanın tanıdığı Lütfi Zadənin fikirlərini Vətənə gətirən Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri doktoru, Lütfi Zadə adına Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Sahnaz Sahbazova deyir ki, bu il may ayının 22-dən 25-dək ABŞ-ın Kaliforniya ştatının Berkeley Universitetinin Beynəlxalq Evində Soft Computinq üzrə VI Beynəlxalq Ümumdünya konfransının keçirilməsi heç də təsadüfi deyildir. Bəşəriyyətin azərbaycanlı alimi Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsinin 50 illiyinə və professorun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş həmin konfransda dünyanın bir çox ölkələrinin alimləri 132 elmi məqalə ilə çıxış etmişlər:Professor Lütfi Zadənin Soft Computing sahəsindəki nailiyyətlərindən, eləcə də son illər fəaliyyətinə verilən mükafatlardan xalqımızın xəbəri var. Onun bütün işləri üzrə məqalələrinə160 644 istinad edilib. Təkcə 1965-ci ildə nəşr olunmuş məşhur “Fuzzy Sets” məqaləsinin adı 60 250, 13 məqaləsinə isə 1500 dəfə istinad olunub”.

Konfransda eyni zamanda, Lütfi Zadənin elmi fəaliyyətinə həsr olunmuşFuzzy logıc and ıts applıcatıons” kitabın təqdimat mərasimi də keçirilib. Kitabda alimin özü tərəfindən seçilmiş 30 məqaləsi verilib: “Əslində, elə kitab da dünya şöhrətli alim həmyerlimizin “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin 50, Lütfi Zadənin isə anadan olmasının 95 illik yubileyinə həsr edilib. Respublika Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ölkəmizdə işıq üzü görən kitab beynəlxalq konfransın iştirakçılarına və alimin Azərbaycandakı bu sahə üzrə çalışan həmkarlarına hədiyyə edilib”.

Yeni yaranmış “qeyri-səlis baxış” kimi istiqamətlərdə münasibət, interval, saya uyğun olan predmetlər qiymətləndirilir. Propozision məntiq, təsviri məntiq və predikatların hesablanmasının qeyri-səlis versiyası daha çox məlum olsa da, qeyri-səlis məntiqin mühəndis tətbiqləri daha məşhurdur. ABŞ, Yaponiya, AvropaAsiyada qeyri-səlis məntiqlə bağlı 50 mindən çox patentə layiq görülüb. Patentlər rabitə, istehsal, sənayeyə nəzarət, kompüter aparatı və proqram təminatı, tibbi diaqnostika və hətta kinoda xüsusi effektlər kimi müxtəlif sahələri əhatə edir.

Azərbaycanda, daha doğrusu, Bakıda dünyaya göz açıb bəşəriyyətdə elmi nailiyyətləri ilə tanınan, Vətənini heç zaman unutmayan Lütfi Zadə deyir ki, Azərbaycanım və azərbaycanlılarım qəlbimdə çox böyük yer tutur. Həyatı boyu elmi nailiyyətləri ilə bəşəriyyəti heyrətləndirən alim bildirir ki, onu sevindirən əqli cəhətdən normal olmağıdır: “Düşünməm, analiz etməm, ideyanın yaradılması və inkişafı kimi qabiliyyətlərim dəyişilməyib. Universitetdə fəalam, həftəlik görüşlərim, “dəyirmi masa”larım davam edir. 50 il əvvəl Parisdə keçirilən bir konfransa “Sistemlərin optimal nəzarəti” adlı mühazirə təqdim etdim. Lakin mühazirə çap olunmadı. Bu yaxınlarda həmin məqaləni “İnformasiya elmləri” jurnalında çap olunması üçün yenidən təqdim etdim və qəbul olundu. Təsəvvür edirsizmi: əlli il keçdikdən sonra?! Çox sevinirəm, çünki bu, həmişə olan hadisə deyil. Belə ki, Allaha çox minnətdaram ki, bu gün özümü müəyyən dərəcədə yaxşı hiss edirəm, çünki elmi düşüncələrim birmənalı şəkildə qəbul edilir. Demək, zaman inkişafı təmin edəcək elmə daha çox diqqət ayrılmasının fərqindədir”.

Azərbaycandan çox-çox uzaqlarda yaşamasına və dünyanın tanınmış elm xadimlərindən biri kimi sayılıb-seçilməsinə baxmayaraq, özünü ən sıravi azərbaycanlı hesab edən alimin ölkəmizin inkişafı ilə bağlı fikirlərinə diqqət çəkən Şahnaz Şahbazova onu da xüsusi vurğuladı ki, Lütfi Zadə qurultaya sanki hesabat verirdi: “Ömrünü həsr etdiyi elmi nailiyyətlərini sadalamaqla yanaşı, Azərbaycanın bugünkü inkişafından sanki mənəvi güc alır, fəaliyyətini bir qədər də genişləndirir, uğurlarını artırmağa çalışır. Amma fikri-xəyalı Vətəndədir. O, deyir: “Azərbaycanı 10 yaşında tərk etmişəm. Lakin daim ürəyimdə, fikrimdə olub. Qəlbimdə ən isti yeri tutub. Həmişə Azərbaycanla maraqlanmışam. Azərbaycanı 1965-ci və 2008-ci ildə bir neçə günlük ziyarət etdim. Orada baş verən hadisələrdən məlumatlı olmağa çalışıram və əlbəttə, çoxsaylı dostlarım var. Azərbaycanın gələcəyi barədə çox optimistəm, başqa ölkələrin gələcəyindən fərqli olaraq. Azərbaycanın bəxti gətirib ki, onun Prezident İlham Əliyev kimi çox uzaqgörən lideri var. 2008-ci ildə Bakıda olduğum zaman çox qürurverici hadisə baş verdi: Prezident İlham Əliyevlə görüşdüm. Prezidentin biliyi, dünya hadisələrini məntiqlə təhlili və analizi, Azərbaycanın gələcəyi barədə anlayışı məndə çox xoş təəssüratlar yaratdı. Əminəm ki, cənab Prezident Azərbaycanın işıqlı gələcəyi üçün öz məsuliyyətindən də artıq işlər görür. Eləcə də çox mənfi fikirdəyəm ki, bəzi Qərb ölkələri hərbi rejimə göz yumurlar. Çox zaman belə ölkələrin ikili standartlarla yanaşmaları var, əgər dostdursa, onlar bir cür, düşməndirlərsə, tamam başqa cür yanaşırlar. Belə ki, Azərbaycanın gələcəyi barədə çox optimistəm. Əsasən iki səbəbə - idarəçiliyin səviyyəsi və resurslardan səmərəli istifadəyə görə. Əgər təkcə resurs varsa, idarəçilik yoxdursa, orada uğur ola bilməz. Yox, əgər idarəçilik varsa, resurs yoxdursa, orada uğur da yoxdur, ikisi olan halda şanslar gözəldir - Azərbaycanda olduğu kimi”.

Ölkəmizdə elmin, təhsilin səviyyəsindən razılıqla söz açan Lütfi Zadənin fikrincə, Azərbaycanda bir çox alimlər qeyri-səlis nəzəriyyəsinin tətbiqi üzərində işləyirlər. Universitetlərdə elə qruplar var ki, dünya səviyyəsində böyük əmək sərf edirlər. Xüsusən, iqtisadiyyatın inkişafı yolları və planlaşdırılması sahəsindəki elmi nəticələrin tətbiqi ürəkaçandır. Dünya şöhrətli həmyerlimizin istəklərindən biriodur ki, ölkəmizdə qeyri-neft sahəsindən, məsələn, elmdən əldə edilən gəlirin faizi daha da yüksəlsin. O, bunun istiqamətlərini də göstərməyi özünə borc bilir. Deyir ki, respublikamızda çox güclü riyaziyyatçılar var, hansı ki, qeyri-səlis nəzəriyyəsinin tətbiqində və dünya səviyyəli işlər görməkdə maraqlıdırlar: “Bu işlərə görə onlar dünyada tanına bilərlər. Bu, eyni zamanda, Azərbaycanın dünyada tanıdılmasıdır. Birbaşa diaspor səviyyəsində təbliğ deməkdir. Qürur duyuram ki, bəzi işlərimi davam etdirənlər var. Bəziləri ilə birgə çalışmalarda, məmnuniyyətlə, əməkdaşlıq edərdim. Elmi işlərim Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir və bundan məmnunam”.

Azərbaycan alimlərinin sanballı kəşflərə sahib olmalarından qürurlanan, dünyanın tanıdığı və qəbul etdiyi həmyerlimiz ölkəmizdə son illər bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi konfransların keçirilməsini heç də təsadüfi saymır. Fikirlərində bunu dönə-dönə vurğulayan Lütfi Zadə onu da deyir ki, xalqımızın gözəl və örnək adətlərindən biri də elmə boyük hörmətdir: “Mən buna Bakıda bir daha şahid oldum. Oradakı zəngin elmi kitabxanaların, muzeylərin olması və təhsilə dövlət dəstəyi bariz nümunədir. Bunları məsələn, Əfqanıstanda və yaxud digər Şərq ölkələrində görmək mümkün deyil. Bu da onunla baglıdır ki, Azərbaycanın uzaqgörən lideri var. O, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi məktəbinin müdavimi, davamçısı, özü qədər inandığı övladı - İlham Əliyev kimi dövlət başçısı var. Bir çox orden və medallarım, fəxri adlarım və elmi titullarım var. Lakin onların arasında mənə ən çox əziz olanı “Dostluqordenidir. Azərbaycanda olarkən Prezident İlham Əliyev tərəfindən verilmişdir. Amerikada hər kəs bu ordeni məndən soruşur. Çoxu Azərbaycanın adını artıq əzbər bildiklərini deyirlər. Bundan fərəhlənirəm. Onlara Azərbaycan haqqında məlumat verirəm. Onlar Azərbaycanı son illər tanımağa başlayıblar. Bilirsiz, bu, ilk növbədə Vətənimizin inkişafının təbliğindən asılıdır. “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” I Avropa Oyunları, eləcə də bir sıra beynəlxalq forumların Azərbaycanda keçirilməsi onun bir dövlət kimi və xalqımızın dünyada tanınmasında böyük rolu olmuşdur. Bu isə çox vacibdir. Bu gün Azərbaycan bir çox beynəlxalq qurumların ən fəal üzvüdür. ABŞ-la beynəlxalq terrorizmə qarşı birgə mübarizədə əməkdaşlığı diqqətçəkəndir. Bu da onun tanınması yolunda bir amildir. Düşünürəm ki, Azərbaycan doğru yoldadır ki, orta bir mövqe tutur, qonşu dövlətlərlə və strateji tərəfdaşlarla yaxşı münasibətlər saxlayır”.

Əlbəttə, bu, Azərbaycan Prezidentinin dünyada qəbul edilən məqsədyönlü siyasətidir. Azərbaycan dövlətinin İlham Əliyev kimi lideri var. Bax, elə buna görə də böyük alimimiz inanır ki, bu siyasət illərlə çözülməsini gözlədiyimiz Qarabağ problemini də həll edəcək. Bundan sonra ancaq onun inkişafından, xalqımızın multikultural və bəşəri dəyərlərə malik olmasından söz açacağıq. Ömrünün sonrakı illərini Azərbaycanda, doğulduğu Bakıda olmaq onun müqəddəs arzularından biridir. Bəlkə də torpağa, Vətənə Ana dediyimiz üçün bu hisslər onu son zamanlar Azərbaycana - dünyaya göz açdığı, körpəlik beşiyinə daha çox çəkir.

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan- 2016.- 11 iyun.- S. 5.