Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Sizi və Sizin şəxsinizdə
dost Rusiya xalqını
dövlət bayramınız
– Rusiya Günü münasibətilə səmimi
qəlbdən təbrik
edirəm.
Sizin rəhbərliyinizlə
Rusiya Federasiyası dövlətçiliyin və
hüquqi qaydanın möhkəmlənməsində, səmərəli iqtisadiyyat
qurulmasında sanballı
uğurlar qazanıb. Siyasi, sosial-iqtisadi
həyatda ardıcıl
dəyişikliklər, cəmiyyətdə
həmrəylik və
sabitlik, fəal xarici siyasət kursu Rusiyanın beynəlxalq nüfuzunun güclənməsi üçün
etibarlı zəmin olub.
Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin
yüksək səviyyəsi,
bütün sahələrdə
əməkdaşlığımızın
dinamik və hərtərəfli inkişafı
xüsusi məmnunluq doğurur.
Əminəm ki, birgə səylərimiz bundan sonra da ölkələrimizin
strateji tərəfdaşlığının
və çoxplanlı
qarşılıqlı fəaliyyətinin
daha da genişlənməsinə,
xalqlarımız arasında
möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı
dəstək ənənələrinin
möhkəmlənməsinə yönələcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və uğurlar, Rusiyanın bütün
dost xalqına isə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2016-cı il.
Azərbaycan.- 2016.- 12 iyun.- S. 1.