Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 216
¹ 216 Bakı şəhəri,
8 iyun 2016-cı il
“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin formasının
və uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin verilməsi
qaydalarının təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 9 fevral tarixli 50 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin formasının
və uyğunluq, gigiyenik sertifikatlarının
və baytarlıq şəhadətnaməsinin verilməsi
qaydalarının təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, N 9, maddə
918; 2009, N 1, maddələr 32,34, N 6, maddə 491; 2010, N 12, maddə
1122; 2013, N 5, maddə 583; 2015, N 2, maddələr 227, 237, N 5, maddə 664) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın
2.12-ci bəndində “üzrə
xidmətlərin xərci,
nəticəsindən asılı
olmayaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
müəyyən etdiyi
məbləğdə” sözləri
“xidmətinə görə
dövlət rüsumu”
sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin
verilməsi Qaydası”nın
2.3-cü bəndinin dördüncü
abzasında “xidmətlərin
xərci, nəticəsindən
asılı olmayaraq, Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının müəyyən
etdiyi məbləğdə”
sözləri “dövlət
rüsumu” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 12 iyun.- S. 2.