Dünyanın diqqəti yenə də Bakıdadır

“Formula-1” tarixinə möhtəşəm Azərbaycan imzası həkk olunacaq

 

Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunun yüksəldiyini sübuta yetirir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayıb. Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir.

Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 13 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionundiplomatik paytaxtı”na çevirib. Hələ 4 il əvvəl “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirinə - “Bakı-2015” I Avropa Oyunlarına da evsahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi.

Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, ölkəmiz, sadəcə, Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamır. Azərbaycan bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla multikulturalizm məkanına çevrilib. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil.

2016-cı il 25-27 aprel tarixlərində “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi də əlamətdar hadisələrlə yadda qaldı. Forumun rəsmi açılışında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentliklərinin və fondların nümayəndələrinin iştirakı bu tədbirin çox mühüm əhəmiyyət daşıdığını sübut etdi.

Mötəbər idman tədbirlərinin Azərbaycanda keçirilməsi də ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə bağlıdır. Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 13 ildə respublikamızda idmanın müxtəlif növləri üzrə dünyaAvropa çempionatları keçirilib. Bu tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 40-a yaxın müasir Olimpiya mərkəzləri tikilərək istifadəyə verilib.

İyunun 17-dən 19-dək dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsini 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyəcək. Qeyd edək ki, “Formula-1” üzrə dünya çempionatı 1950-ci ildən bəri keçirilir. Artıq 66 ildir ki, bu yarış böyük infrastruktura malik olan ölkələrdə təşkil edilir. Bu cür tədbirlərin şəhərin küçələrində keçirilməsi təcrübəsi mövcuddur və belə yarışlar Monako, İspaniya, Sinqapur kimi ölkələrdə keçirilir. Hər il təşkil olunan “Formula-1” yarışları ayrıca Qran-pri mərhələsindən ibarət olurilin sonunda həm pilotlar, həm də komandalar arasından qaliblər müəyyən edilir.

“Formula-1”in dünyada kifayət qədər azarkeşləri var. Bu, nəzərə alınaraq Bakı Şəhər Halqasında da tamaşaçıların yarışı canlı təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu tribunalar elə yüksək səviyyədə quraşdırılıb ki, daimi istifadədə olsa belə, dağılıb sıradan çıxmaz. Bu mötəbər yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə 130-dan çox ölkənin xəbər agentlikləri Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar.

Bakıda, sadəcə, möhtəşəm yarış keçirilməyəcək, həmçinin bu yarış vasitəsilə paytaxtımızı ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılmasında bu tədbirin əhəmiyyəti çox böyükdür. Modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına sakinlərinə “Formula-1”in builki mövsümünün 8-ci yarışı olan Avropa Qran-prisinin başlamasına qalan vaxtı göstərir. Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” yarışına diqqəti cəlb etməklə yanaşı, bu yarışa marağın artmasına kömək edəcək.

Azərbaycan son illər dünyamiqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək beynəlxalq Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Elə bunun nəticəsidir ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarıHəmrəylik bizim gücümüzdürseçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.

IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası ilə müqavilə imzalanıb. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin may ayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” I Avropa Oyunlarının proqramı ilə qismən olsa, üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Bütün bunlar dünyada Azərbaycanın həm mötəbər idman tədbirlərinin keçirildiyi məkan olduğunu bir daha nümayiş etdirəcək.

Təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan “Formula-1” ilə uğur estafetini davam etdirəcək. Ölkəmizin bu mötəbər idman tədbirini yüksək səviyyədə keçirmək iddiası ilə imkanlarının üst-üstə düşdüyünü isə xüsusi vurğulamağa ehtiyac yoxdur. İyunun 17-də start götürəcək möhtəşəm idman tədbirində bütün dünya bunun bir daha əyani şahidi olacaq.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 17 iyun.- S.1-4.