Bakı “Formula-1”ə hazırdır
Azərbaycan Prezidenti
İlham Əliyev
“Formula One Management”in prezidentini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 16-da “Formula One Management”in
prezidenti Berni Ekklstounu qəbul edib“Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının
Bakıda yüksək
səviyyədə təşkil
olunduğunu vurğuladı.
O, Bakıda gördüyü
inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını
dedi. Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda
gedən inkişaf prosesləri ilə bağlı məlumatların
dünyada yayılması
işinə xidmət
edəcəyini vurğuladı.
O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını dedi.Beynəlxalq
tədbirlərin təşkili
baxımından ölkəmizin
yaxşı təcrübəyə
malik olduğunu deyən dövlətimizin
başçısı Formula-1 yarışının keçirilməsi
üçün paytaxtın
artıq hazır olduğunu dedi. Prezident İlham Əliyev yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan
Formula-1-in keçirilməsi münasibətilə əhali
arasında yüksək
əhvali-ruhiyyənin olduğunu
vurğuladı. Prezident İlham
Əliyev bildirdi ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı
ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq.
Bu baxımdan ölkəmizdə keçirilən
beynəlxalq tədbirlərin
önəmini qeyd edən dövlətimizin başçısı son vaxtlar
Azərbaycana gələn
turistlərin sayının
artmasını sevindirici
hal kimi dəyərləndirdi. Formula-1
yarışının əhəmiyyətinə
toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün
tədbirin yaxşı
imkan yaratdığını
vurğuladı. Dövlətimizin başçısı qeyd
etdi ki, turistlərin Azərbaycanda
sayının artması
daha çox insanın təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində gedən
inkişaf prosesləri
ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident İlham Əliyev Formula-1 yarışının bu baxımdan böyük önəm daşıdığını
vurğuladı.
Görüşdə əməkdaşlığa dair
məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2016.-
17 iyun.- S.2.