Azərbaycanın insan
hüquqlarının qorunması sahəsində nailiyyətləri
Avropa Şurası tərəfindən alqışlanır
Prezident
İlham Əliyev Avropa Şurası Parlament
Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin
həmməruzəçiləri Sezar Florin Predanı və
Stefan Şennakı qəbul edib.Avropa Şurası Parlament
Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri
Sezar Florin Preda və Stefan Şennak ölkəmizə əlamətdar
bir gündə - 15 iyun Milli Qurtuluş Günündə səfər
etmələrinin əhəmiyyətini bildirdilər. Onlar Bakıda keçiriləcək Formula-1
yarışlarının beynəlxalq əməkdaşlığın
genişləndirilməsi işinə xidmət edəcəyini
vurğuladılar. Avropa Şurası ilə
Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdılar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin
əfv olunması haqqında” Azərbaycan Prezidentinin
Sərəncamının və Amnistiya
aktı haqqında Qanunun qəbul edilməsinin
Avropa Şurası tərəfindən
alqışlandığını dedilər və bunların
önəmini vurğuladılar.Dövlətimizin
başçısı ölkəmiz ilə Avropa Şurası arasında uzun
illər səmərəli və konstruktiv
əməkdaşlığın həyata keçirildiyini
bildirdi və əməkdaşlığımızın
hazırkı səviyyəsindən məmnunluğunu ifadə
etdi. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən
biri olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın
bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu
bildirdi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığımızın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2016.- 17 iyun.- S.2.