Azərbaycan Prezidenti İlham Əliyev
Avropa Xalq
Partiyasının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 16-da Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar
İnternasionalının icraçı
katibi Antonio-Lopez İsturizi
qəbul edib.Görüşdə
Azərbaycanın Avropa
Xalq Partiyası və Mərkəzçi
Demokratlar İnternasionalı
ilə əməkdaşlığının
inkişafından məmnunluq
ifadə olundu, Azərbaycan-Avropa İttifaqı
əlaqələrinin hazırkı
vəziyyəti və
perspektivləri müzakirə
edildi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı danışıqlar prosesi
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2016.-
17 iyun.- S.2.