Milli Məclisdə “18 İyun - Azərbaycan Respublikasında İnsan

Hüquqları Günü” mövzusunda dinləmələr keçirilib

 

İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib.

Dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Milli Məclis çox gözəl ənənə formalaşdırıb, aktual məsələlərlə bağlı dinləmələr keçirirbu tədbirlər ictimaiyyətlə məsləhətləşmə xarakteri daşıyır. Bahar Muradova bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmaqla ölkəmizdə müstəqil dövlət quruculuğu başladı. Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarıtam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini fəaliyyətinin əsas prinsipi elan edib. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiya qəbul edilib. Bütün qanunvericilik aktlarımız insan hüquqları əsas götürülməklə qəbul olunub. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı kimi Prezident İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun müddətdə əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Azərbaycanda bütün sahələrdə insan hüquqlarının müdafiəçisi kimi tanınmış vətəndaş cəmiyyəti üzvləri var. Bahar Muradova Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib.

Əli Həsənov bugünkü dinləmələrin mühüm beynəlxalq tədbir - Formula-1 yarışı ərəfəsində keçirildiyini xatırladıb. Qeyd edib ki, birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirindən sonra Formula -1 Avropa Qran-prisinin də təşkilatçılığının Azərbaycana həvalə olunması respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazandığı uğurların beynəlxalq ictimaiyyət tərəfindən etiraf edildiyini göstərir.

Prezidentin köməkçisi deyib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının həyata keçməsi deyil, həm də insan hüquq və azadlıqlarının etibarlı təminatı üçün əlverişli imkandır. Təəssüf ki, dövlət müstəqilliyinin ilk illəri Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə və qəddarcasına pozulması ilə müşayiət olunub. Qonşu Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürərək havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, etnik təmizləmə və soyqırımı törədərək 1 milyondan çox insanı öz yurd-yuvasından didərgin salıb. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər hələ də milyondan çox soydaşımızın hüquqlarının ən kobud şəkildə pozulmasına adekvat hüquqi, siyasi qiymət vermir, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etməkdən və digər təsirli tədbirlər görməkdən çəkinirlər.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dönüş məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra yarandı. Xaos və anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, davamlı ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkədə demokratikhüquqi dövlət quruculuğu prosesinin başlanmasına imkan verdi. Bu dövrdən etibarən insan hüquqlarına dair beynəlxalq sənədlərdə təsbit olunmuş standartlar da nəzərə alınmaqla, milli qanunvericiliyin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Təbii ki, insan və vətəndaş hüquq və azadlıqlarının əsas hüquqi təminatı Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasıdır. İnsan hüquqları ilə bağlı digər fundamental sənəd 1998-ci il iyunun 18-də Ulu Öndər tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıdır. Məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla İnsan Hüquqları Günü elan edilib.

Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi dəyərləndirən Prezident İlham Əliyev bu sahədə görülən işləri uğurla davam etdirib, 2006-cı ildə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planını, 2011-ci ildə isə Milli Fəaliyyət Proqramını təsdiq edib. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.

Qeyd edilib ki, demokratiya, vətəndaş cəmiyyəti ilə bağlı məsələlər sərbəst toplaşma, birləşmə və ifadə azadlıqları ilə sıx bağlıdır. Bu gün ölkəmizdə 55 siyasi partiya, 3 minə qədər qeyri-hökumət təşkilatı, sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları və s. vətəndaş cəmiyyəti təsisatları sərbəst fəaliyyət göstərir. 2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanunda edilmiş dəyişikliyə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən əhəmiyyətli məbləğdə - 2,5 milyon manat vəsait ayrılır.

Əli Həsənov deyib ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarının ictimai maraqlara xidmət göstərməsi üçün hərtərəfli şərait yaradır. Müstəqillik illərində bu qurumların fəaliyyətini tənzimləyən zəruri hüquqi baza formalaşdırılıb. QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti 2007-ci ilin dekabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaradıb. Gənclərin ictimai birliklərinə də xüsusi diqqət yetirilir. 2011-ci ilin dekabrında təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə gənclər təşkilatlarının, habelə yaradıcı, istedadlı və ictimai fəal gənclərin layihələrinə mütəmadi olaraq maliyyə dəstəyi göstərilir. Ümumiyyətlə, Azərbaycanda 15-dək nazirlik, dövlət komitəsi, fond və büdcədən maliyyələşən digər qurumlar qeyri-hökumət təşkilatlarına qrantlar ayırırlar. 2014-cü ilin yanvarında qüvvəyə minmişİctimai iştirakçılıq haqqında” Qanuna görə, mərkəziyerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasına başlanın. Bu qurumlarda QHT-lər, jurnalistlər, fəal vətəndaşlar təmsil olunurlar.

Prezident köməkçisi bildirib ki, Azərbaycanda fikirsöz azadlığının qorunmasına, azad informasiya məkanının formalaşmasına xüsusi diqqət yetirilir. Ölkəmizdə qəzet və ya jurnal təsis etmək olduqca asandır. Belə ki, müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən cəmi 7 gün sonra mətbu orqanın nəşrinə başlamaq olar.

Vurğulanıb ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı istiqamətində qarşıda duran məsələləri diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycanda aparılan işlərin məntiqi nəticəsi olaraq beynəlxalq normalara cavab verən, hər zaman inkişafa istiqamətlənmiş azad, plüralist media fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrinin sayına görə Azərbaycan MDB və Şərqi Avropa məkanında lider ölkələrdən biri hesab edilir. Respublikamızda 5 mindən artıq KİV müvafiq dövlət orqanında uçota götürülübya qeydiyyatdan keçib. Bu gün ölkəmizdə 50-dən artıq televiziyaradio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım firmaları heç bir mane ilə qarşılaşmadan fəaliyyət göstərir. Azərbaycanda internet informasiya resursları da sürətlə inkişaf edir. İnternet-radiointernet-televiziya proqramlarından, elektron media vasitələrindən, sosial şəbəkələrdən istifadə halları respublika əhalisi arasında geniş yayılıb. Hazırda ölkə əhalisinin 75 faizi internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyonu ötüb.

Əli Həsənov Əsas Qanunumuza görə, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətimizin ali məqsədi olduğunu vurğulayıb.

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub. İnsan hüquqları dedikdə mülki, siyasi hüquqlar başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadisosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosialyönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürübbu təşəbbüslər yüksək qiymətləndirilir. Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Təsisat penitensiar müəssisələrə də nəzarət həyata keçirir. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda ombudsmana hər kəs müraciət edə bilər. Heçbütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 10 min insana şamil olunur. Təkcə dünən 350 insan azadlığa buraxıldı.

Dinləmələrdə Ali Məhkəmənin üzvü Vəfaddin İbayev “Azərbaycan məhkəmələrində insan hüquqlarının müdafiəsi”, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Azərbaycanda insan hüquqları vətəndaş cəmiyyətinin baxışları kontekstində” mövzularında çıxış ediblər.

Azərbaycan.-2016.- 17 iyun.- S. 2.