Azərbaycan Respublikası
Hökuməti ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət
və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”ə əsasən qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri:
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev
- Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Firudin Qurbanov
- Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Natiq Abbasov
- Azərbaycan Respublikası
energetika nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan
Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Səfər Mehdiyev - Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini
Elşad
Nəsirov
- Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti
Tofiq Abdullayev
- Azərbaycan Respublikasının
Qətər Dövlətində
fövqəladə və
səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu sərəncamın 1-ci hissəsi
ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti
ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi barədə
Qətər Dövləti
tərəfinə müvafiq
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 18 iyun.- S. 2.