Bakıda “Formula-1” günləri

 

Azərbaycan bu beynəlxalq idman yarışını da yüksək səviyyədə keçirir

 

Yüz milyonlarla izləyici auditoriyasına malik olan “Formula-1” yarışlarının həyəcanı bu dəfə Azərbaycanda yaşanır. Artıq üçüncü gündür ki, Bakıda dünyanın bir nömrəli avtomobil yarışının növbəti Qran-pri mərhələsi keçirilir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastyan Fettel, Valteri Bottas və digərləri yarışırlar. Bu günlərdə planetimizdə avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib.

 

Layiqli evsahibliyi və yüksək təşkilatçılıq ənənəsi bu dəfə də davam edir

 

Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin, o cümlədən şəhərin arzusudur. Amma hər ölkənin bütün dünyanın izlədiyi, sayları minlərlə ölçülən idmançıların iştirak etdiyi tədbiri təşkil etməyə, birdən-birə on minlərlə turisti qarşılamağa imkanı çatmaz. Hətta bir çox inkişaf etmiş ölkələr belə bu baxımdan tələblərə cavab vermir. Bu da təbiidir. Çünki qlobal miqyaslı idman tədbirinə evsahibliyi üçün kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır.

Azərbaycan bu baxımdan örnək sayılacaq ölkələrdən biridir. Çünki respublikamızda ilk növbədə ən müasir tələblərə cavab verən idman infrastrukturu formalaşıb. İkincisi isə, Bakı şəhəri və eləcə də regionlarımız istənilən sayda xarici qonağı qəbul edə bilər. Ötən il Bakıda keçirilən I Avropa Oyunları respublikamızın imkanlarının əyani təsdiqi oldu. Buna qədər onlarla beynəlxalq tədbirə evsahibliyi edən Azərbaycan bu dəfə bütün Avropa ölkələrinin iştirak etdiyi, 6 min idmançının 20 idman növü üzrə mübarizə apardığı bu Oyunlara ən ideal şəkildə evsahibliyi etməklə qitənin idman tarixinə öz möhürünü vurdu. Bütün dünyayaAvropaya layiqli evsahibliyinin və yüksək təşkilatçılığın necə olduğunu göstərdi.

İndi isə Bakı “Formula-1”ə evsahibliyi edir. Yarışa iyunun 17-dən start verilsə , Bakıda uzun müddətdən bəridir ki, bu idman hadisəsinin ab-havası yaşanır. Çünki hazırlıq işlərinə aylar öncədən başlanılıb əsas məqsəd 2016-cı il üçün 8-ci olan Avropa Qran-prisi adlanan Bakı mərhələsini layiqincə təşkil etmək, ideal evsahibliyi nümunəsini ortaya qoymaqdır. Fərəhli haldır ki, aparılan hazırlıq işlərini Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri, o cümlədən yarışda iştirak edən pilotlar təqdir ediblər. Beləliklə, bu günlərdə bütün dünya ölkəmizə təşrif buyuran xarici qonaqlar bir daha Azərbaycanın yüksək evsahibliyinin şahidi olmaqdadırlar.

Tək yarışın keçirilməsi deyil, qonaqların, tamaşaçıların ölkəmizlə, milli dəyərlərimizlə tanışlığı, şəhərimizdə olduğu günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait Azərbaycanın mükəmməl evsahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır.

Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə sadiqdir. Bütün hazırlıq işlərinə isə həm dövlət, həm bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək.

Onu da qeyd edək ki, nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər.

 

Azərbaycan üçün yenilik olan bu idman yarışı Bakı sakinləri tərəfindən maraqla qarşılanır

 

Bakıda indiyədək onlarla beynəlxalq çempionat keçirilsə , “Formula-1” yarışları baş tutmamışdı. Ona görə Azərbaycan üçün yenilik olan bu idman yarışı Bakı sakinləri tərəfindən böyük maraqla qarşılanır. Bunu bilet alışında yerli azarkeşlərin daha çox üstünlük təşkil etməsi göstərir. Bu göstərici yerli azarkeşlər üzrə 70, əcnəbilər üçün isə 30 faizdir. Ümumiyyətlə isə “Formula-1” Avropa Qran-pri yarışlarına Azərbaycandan başqa dünyanın 42 ölkəsindən - Rusiya, İngiltərə, Hollandiya digər ölkələrdən olan azarkeşlər bilet alıblar.

Bakıda keçirilən Avropa Qran-prisinin digər maraqlı tərəfi tamaşaçıların əyləncəsi mənalı istirahəti üçün təşkil edilən tədbirlərdir. Bunlardan biri “Formula-1” pilotları ilə tanışlıqdır. İyunun 16-dan etibarən “Formula-1” azarkeşləri sevdikləri pilotlarla görüşərək onlardan avtoqraf almaq imkanına malikdirlər.

İyunun 16-dan etibarən Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Milli Park ərazisində əyləncə zonaları fəaliyyətə başlayıb. Həmçinin azarkeşlər üçün pit yolu gəzintisi təşkil olunub. Bununla da onların “Formula-1” aləminə daha da yaxınlaşması mümkün olub. Gəzinti zamanı azarkeşlər pit yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik ediblər, pit-stop əməliyyatlarını öz gözləri ilə görə biliblər. İzləyicilər komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis mexaniklər tərəfindən necə sazlanması prosesinin şahidi olublar.

Dünya musiqisinin ən məşhur ulduzları - Kris Braun, Enrike İqlesias Farel Vilyams isə Avropa Qran-prisinin musiqili proqramının əsas ifaçılarıdır. İyunun 17-də Kris Braun məşhur şousu ilə əyləncə proqramına start verib. Amerikalı müğənni, bəstəkar rəqqas trekdə yarışın ilk günü sona çatdıqdan sonra minlərlə “Formula-1” azarkeşinin qarşısında özünün məşhur hitlərini ifa edib. Dünən estafeti qəbul edən Enrike İqlesias coşqulu konsert proqramı ilə səhnədə yer alıb. Bu gün axşam isə dünyanın ən tanınmış nüfuzlu ulduzlarından olan Farel Vilyams öz musiqi proqramı ilə 2016-cı il “Formula-1” Avropa Qran-prisinə yekun vuracaq. Amerikalı istedadlı ifaçı bəstəkar musiqi tarixində “Get Lucky”, “Happy” Frontinkimi populyar hitlərin digər musiqi parçalarının müəllifi kimi tanınır. Avropa Qran-prisində sonuncu avtomobilin finiş xəttini keçməsindən təxminən bir saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən “Formula-1” Avropa Qran-prisi başa çatacaq.

Qədim zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. “F1” şəhərciyində ölkəmizin mədəniyyətini mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

Tamaşaçılar üçün ən maraqlı oyun zonası ərazisi “F1” şəhərciyində qurulub. Bayram ab-havasına bürünmüş Bakıda sürət adrenalin həvəskarları məhz bu məkana toplaşırlar. Çünki burada sürət sevən fanatlar simulyatorlarda test edərək özlərini əsl “F1” sürücüsü kimi hiss edə bilirlər. Azarkeşlər bu oyunlarda sanki Avropa Qran-prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Təşkilatçılar uşaqlar üçün əyləncəli yarışların təşkilini unutmayıblar. Burada uşaqlar üçün əyləncəli təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə, uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez başa vurmaq üçün yarışırlar.

Şəhərcikdə “Formula-1” məhsullarının satışı da təşkil olunur. Burada “Mercedes” “Ferrari” kimi məşhur komandaların geyim, aksessuar digər ləvazimatlarını əldə etmək olar. Bundan başqa, “Mixael Şumaxerbrendi ilə təqdim edilən istənilən “Formula-1” aksessuarına da sahib olmaq mümkündür. Azarkeşlərin coşqusu həm yerli, həm əcnəbi fanatların burada istədiklərini tapmalarından xəbər verir.

Əyləncə məkanlarında müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı isə tamaşaçıların istirahətinə xüsusi rəng qatır. Müxtəlif maili enişlərdən relslərdən ibarət yarımdairəvi skeyt parkda skeytbordçular birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirirlər.

Avropa Qran-prisi çərçivəsində elə bir unikal əyləncə-istirahət proqramı hazırlanıb ki, yarışın hər dəqiqəsi tamaşaçılar üçün maraqlıdır. Fərqli əyləncələr yarışların hər bir pərəstişkarında xoş təəssüratlar oyadır. Beləliklə, Bakıda bu gün yekunlaşacaq Avropa Qran-prisi göstərir ki, “Formula-1” sadəcə yarış deyil, eyni zamanda unudulmaz istirahət üçün maraqlı tədbirdir.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.- 2016.- 19 iyun.- S. 1;5.