Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 221
¹ 221 Bakı
şəhəri, 13 iyun
2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik
hüququ əsasında
dövlət mülkiyyətinə
keçən əmlakın
və dəfinələrin
uçotu, qiymətləndirilməsi,
saxlanılması, istifadəsi
və satışı
barədə Əsasnamə”də
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, N 4, II kitab, maddə
211; 2003, N 6, maddə 342; 2004, N 4, maddə 286; 2005, N 11, maddə
1076; 2006, N 5, maddə 463; 2009, N 4, maddə 282, N 10, maddə
846; 2010, N 11, maddə 1040) ilə
təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ
əsasında dövlət
mülkiyyətinə keçən
əmlakın və dəfinələrin uçotu,
qiymətləndirilməsi, saxlanılması, istifadəsi
və satışı
barədə Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1-ci bəndin beşinci abzası aşağıdakı
redaksiyada verilsin:
“Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi, Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin icra qurumları, Azərbaycan Respublikasının Baş
Prokurorluğu və Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti.”.
2. 2.2-ci bəndin birinci abzasına aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Qiymətləndirmənin nəticələrinə dair
hesabatda həmin əmlakı eyniləşdirməyə
imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir.”.
3. Aşağıdakı məzmunda
3.1.3-1-ci və 3.1.4-1-ci yarımbəndlər
əlavə edilsin:
“3.1.3-1. dərman vasitələri
əvəzsiz olaraq Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə
verilir.
3.1.4-1. dövlət mülkiyyətinə
keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış
əmlak onun dövriyyəsinə icazə
verən orqanlara təhvil verilir;”.
4. 3.1.5-ci
yarımbənd üzrə:
4.1. “3.1.1
- 3.1.4-cü” sözləri “3.1.1 -
3.1.4-1-ci” sözləri ilə
əvəz edilsin;
4.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Əmlakın satışı
üzrə keçirilən
ilk iki hərracda sifariş verilmədikdə
və ya əmlak satılmadıqda
üçüncü hərracda
həmin əmlakın
start qiyməti hərracın
təşkilatçısı tərəfindən ilkin
start qiymətinin 10 faizi
həcmində, dördüncü
hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır.
Göstərilən qaydada
satılmayan əmlak barədə bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndi
tətbiq olunur.”.
5. Aşağıdakı məzmunda
3.1.5-1-3.1.5-3-cü yarımbəndlər əlavə edilsin:
“3.1.5-1.
Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi
ilə müəyyən
edilmiş qaydada satılmayan, üzərindəki
etiketlər və ya digər yazılar,
ondan istifadə barədə izahat vərəqələrinə əsasən
yararsız olan əmlaklar, habelə üzərində etiket və ya digər
yazılar, ondan istifadə barədə izahat vərəqələri
olmayan, 3.1.5-2-ci yarımbəndlə
müəyyən edilmiş
qaydada əvəzsiz olaraq verilməsi və ya təkrar
emalı mümkün
olmayan əmlaklar
3.1.5-3-cü yarımbənddə nəzərdə tutulmuş
komissiya tərəfindən
aktlaşdırılaraq məhv
edilir və ya utilizasiya üçün utilizasiya
təşkilatına təhvil
verilir.
3.1.5-2. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş
qaydada satılmayan əmlaklar üzrə Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
tərəfindən müvafiq
dövlət orqanlarına
onların əvəzsiz
verilməsi barədə
müraciət olunur. Dövlət orqanlarının tələbatına
əsasən, həmin
əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət
orqanları tərəfindən
əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul
olan hüquqi şəxslərə və
ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini
həyata keçirən
fiziki şəxslərə
satılır. Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi malların
təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.Əmlaklar
təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı
ailələrə, o cümlədən
qaçqınlara və
məcburi köçkünlərə
əvəzsiz verilməsini
həyata keçirmək
məqsədi ilə Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
və Azərbaycan Respublikasının Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinə müraciət
edilir. Bu təşkilatların
təqdim etdiyi tələbata əsasən
əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən
qaçqınlara və
məcburi köçkünlərə
verilməsinə dair tələbat olmadığı
hallarda onlar bu Əsasnamənin
3.1.5-3-cü yarımbəndində nəzərdə tutulmuş
komissiya tərəfindən
aktlaşdırılaraq məhv
edilir və ya utilizasiya üçün utilizasiya
təşkilatına təhvil
verilir.
3.1.5-3. Bu
Əsasnamənin 3.1.5-ci yarımbəndi
ilə müəyyən
edilmiş qaydada satılmayan, habelə
3.1.5-2-ci yarımbəndinə uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr,
o cümlədən qaçqınlar
və məcburi köçkünlər tərəfindən
əvəzsiz olaraq əldə edilməsinə
dair tələb olmayan əmlakların məhv edilməsi və ya utilizasiya
üçün utilizasiya
təşkilatına təhvil
verilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi aşağıdakı
təşkilatların nümayəndələrindən
ibarət komissiya təşkil edir:
3.1.5-3.1. Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
yanında Hərracların
Təşkili üzrə
Auksion Mərkəzi;
3.1.5-3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
3.1.5-3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
3.1.5-3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi.”.
6. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.6. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından əldə edilən vəsaitlər həmin əmlakların saxlanılması, satışı, bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndində nəzərdə tutulan məqsədlə məhv edilməsi və utilizasiyası üçün göstərilən xidmətlərə görə ödənişlər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür;”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 iyun.- S. 7.