Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 224
¹ 224 Bakı
şəhəri, 13 iyun
2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 12
may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 12
may tarixli 88 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, N 5, maddə
467; 2014, N 4, maddə 450; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
19 aprel tarixli 165 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin
verilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.3-cü bəndə “müəssisələrinə”
sözündən sonra
“və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri
əlavə edilsin.
2.
1.4-cü, 2.2-ci və 4.4-cü bəndlərə, 1.7-ci bəndin
birinci abzasına və 2.13-cü bəndin birinci cümləsinə müvafiq olaraq “müəssisəsində” və
“müəssisələrində” sözlərindən sonra
“və AMEA-da” sözləri əlavə
edilsin.
3. 1.9-cu bəndə “hazırlığı”
sözündən sonra
“AMEA istisna olmaqla,” sözləri əlavə
edilsin.
4.
2.3-cü bəndin ikinci
abzasının ikinci cümləsinə, üçüncü
abzasının birinci,
ikinci cümlələrinə
və 3.2-ci bəndin ikinci cümləsinə müvafiq olaraq “müəssisəsi” və
“müəssisələri” sözlərindən sonra
“və AMEA” sözləri
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 19 iyun.- S. 7.