Həmişə müasir olan qədim sənət nümunələri

Qəbələ qədim tarixə malik yurd yerimizdir. Bu diyar Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynamış qədim Qafqaz Albaniyasının paytaxtı olub.

Yüksək şəhər mədəniyyətinin burada erkən təşəkkül tapması Qəbələdə müxtəlif sənət növlərinin - xalçaçılığın, dulusçuluğun, dəmirçiliyin, misgərliyin, əkinçiliyin təşəkkül tapmasına imkan yaradıb. Burada toxunan xalçalar, palazlar, xurcunlar, mərfəşlər, keçələr özünəməxsus çalarları, ilmələri toxuma texnikası ilə fərqlənir.

Rayonda maddi mədəniyyət növləri kimi, mənəvi sərvətimiz olan musiqi rəqslər yerli əhali tərəfindən davam etdirilir. Qədim dünyagörüşümüzün, mənəvi inkişafımızın tarixi olan folklor nümunələri bu gün yaşadılır. Folklor həm hər bir xalqın qədimliyinin mənəvi zənginliyinin simvoludur.

İndi Qəbələ özündə qədim tarixlə bərabər, müasir dövrün inkişafını birgə yaşadır. Elə buna görə rayona səfər edən xarici turistlər buradan zəngin təəssüratla ayrılırlar.

 

Fərman BAĞIROV (foto)

Azərbaycan.- 2016.- 19 iyun.- S. 8.