Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya
Prezidenti Vladimir Putinin görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
İcazə verin, sizi Peterburqda
salamlayım.
Bizim hansı
problemlə bağlı
toplaşmağımız yaxşı
məlumdur. Bu, bizə
çoxdan qalmış
Qarabağ problemidir.
Lakin mən bizim görüşümüzdən istifadə edib, ilk növbədə yenicə
başa çatmış
Sankt-Peterburq Beynəlxalq
İqtisadi Forumu fonunda ikitərəfli münasibətlərimiz barədə
də danışmaq istərdim. Təəssüflə
qeyd etmək istərdim ki, bizə məlum olan səbəblər üzündən həm keçən il,
həm də bu il əmtəə
dövriyyəsinin bir
qədər azalmasını
müşahidə edirik.
Burada enerji daşıyıcılarının
qiymətlərinin azalması
da, valyutaların məzənnə fərqləri
də təsir göstərir. Biz sizinlə səbəbləri
bilirik.
Mən bizim bugünkü görüşümüzdən
istifadə edərək
həm bu barədə, həm də ikitərəfli görüşlərimizin məzmununu
təşkil edən bütün məsələlər,
o cümlədən humanitar
aspektlər barədə
danışmaq istərdim. Azərbaycanda
rus dilinin öyrənilməsinə necə
qayğı ilə yanaşıldığını, bizim ali
məktəblərimizin filiallarının
necə uğurla fəaliyyət göstərdiyini
bilirik. Biz bütün
bunları yüksək
qiymətləndiririk. Ümidvaram ki, bu iş bütün
istiqamətlər üzrə
davam etdiriləcək.
Sizi görməyə
çox şadam. Xoş gəlmisiniz.
* * *
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV dedi:
- Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Əvvələn, bizi növbəti dəfə Rusiyaya səfərə dəvət
etdiyinizə görə
Sizə təşəkkür
etmək istəyirəm. Fürsətdən istifadə edib Sizi növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun uğurla keçirilməsi
münasibətilə də
təbrik etmək istərdim. Builki forum yubiley forumudur.
Forum bu illər
ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin
müzakirəsi və
həlli üçün
ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan forumun
işində fəal iştirak edib. Bizə xüsusilə xoşdur ki, Azərbaycanda Rusiya Bankı tərəfindən
qismən maliyyələşdiriləcək
iri energetika obyektinin yaradılması barədə sənəd Sizin iştirakınızla
imzalanıb.
Əlbəttə, bugünkü əsas
diskussiyanın mövzu
su Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsidir.
Mən bu görüşü keçirmək təşəbbüsünə
və məsələnin
həllində Rusiyanın
oynadığı konstruktiv
rola görə Sizə təşəkkür
edirəm. Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan
etdiyi kimi, status-kvo qəbuledilməzdir.
Biz bu bəyanatı
tamamilə dəstəkləyirik.
Lakin
status-kvonun dəyişməsi
üçün 20 ildən
artıq müddətdə
Azərbaycanın işğal
altında olan ərazisinin işğaldan
azad edilməsi başlanmalıdır. Bu gün biz bu barədə ətraflı
danışacağıq. Biz ümid edirik
ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə
konstruktiv dinamika verməyə nail olacağıq.
Əlbəttə, bu görüş həm iqtisadi, həm də digər sahələrdə
münasibətlərimizin geniş
spektrini müzakirə
etmək üçün
yaxşı imkandır. Düşünürəm ki, əmtəə dövriyyəsinin azalması
müvəqqəti haldır.
Biz onun bərpa
edilməsi və artırılması yollarını
axtarırıq. Düşünürəm ki, belə də
olacaq. Energetika sahəsində fəal
qarşılıqlı əlaqələrimiz,
nəqliyyat sahəsində
əməkdaşlıqda yaxşı
perspektivlər var. Humanitar
mövzu həmişə
xüsusi əhəmiyyət
kəsb edib. Bu, xalqlarımızı bir-birinə yaxınlaşdıran
mövzudur. Bunsuz münasibətlər
qurmaq mümkün deyil. Bizim münasibətlərimizi həm Rusiya, həm də Azərbaycan strateji tərəfdaşlıq münasibətləri
kimi səciyyələndirir.
Dəvətə görə bir daha təşəkkürümü
bildirirəm və ümid edirəm ki, Sizi tezliklə
Azərbaycanda görəcəyəm.
Vladimir
PUTİN: Sağ olun.
AZƏRTAC
Azərbaycan.- 2016.- 21 iyun.- S. 1.