Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü
olub
Xüsusi
müxbirimiz xəbər
verir ki, iyunun 20-də Sankt-Peterburq
şəhərində Azərbaycan
Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü
olub.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin
görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib.
Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı müntəzəm
əlaqələrin mühüm
əhəmiyyət daşıdığını
qeyd edərək
ATƏT-in Minsk qrupunun işini
tamamlayacaq bu formatda görüşləri
davam etdirmək barədə razılığa
gəliblər. Dövlət başçıları münaqişənin
nizamlanmasında inkişafa
şərait yaratmağa
imkan verən bir sıra məsələlərdə
qarşılıqlı anlaşmanın
əldə olunduğunu
ifadə ediblər.
Bununla da Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar
səfəri başa çatıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 21 iyun.- S. 1.