Prezident İlham Əliyev: Burada
kiçik müəssisələr
yaradılmalıdır ki, insanları
işlə təmin edə bilək.
Qəsəbə sakinləri bu yaşayış məntəqəsində aparılan silsilə abadlıq-quruculuq işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, yerli əhalinin məşğulluğunun tam təmin olunması və ixrac imkanlarının artırılması üçün də tədbirlər davam etdirilir.
Prezident İlham Əliyev bu baxımdan Nardaranda istixana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulayaraq dedi:
- İndi istixanalara
daha da böyük
maraq var. Çünki
indi bazar açılıb. Biz daha
da böyük bazarlara çıxırıq.
Bu bazarlarda da
bizim məhsulumuzu bəyənirlər, gözləyirlər.
Ona görə istixanaların
yaradılmasına diqqət
artırılmalıdır. İndi Bakıda işləyənlər
də var. Çoxdur Bakıda işləyənlər?
Adil Vəliyev: Bəli, buradan Bakıda işləyənlər çoxdur.
Şəhərdə tikintidə, ticarətdə
işləyirlər. Müxtəlif
yerlərdə, neft şirkətlərində işləyənlər,
ali məktəblərdə
dərs deyənlər
var. Çoxdur.
Prezident
İlham Əliyev: Orta məktəblər də tam hazırdır. Yəni, ehtiyac yoxdur, iki məktəbdir.
Adil Vəliyev: Ehtiyac yoxdur, iki məktəbdir.
Dövlət Proqramında 295 nömrəli
məktəbin təmiri
nəzərdə tutulur,
onu da bu
yaxınlarda başlayacağıq.
Prezident
İlham Əliyev: Burada insanların asudə vaxtlarını səmərəli keçirmələri
üçün ictimai
yerlər də olmalıdır.
Adil Vəliyev: Hamısı var, möhtərəm Prezident. Bayaq gördünüz, orada idman kompleksi
var.
Prezident
İlham Əliyev: Artıq hazırdır?
Adil Vəliyev: Bəli, hazırdır. Bu yaxınlarda bu binanın da açılışını edəcəklər. Burada
Mədəniyyət Evi,
“Azərişıq”ın idarəsi
yerləşir, aşağıdakı
isə Fövqəladə
Hallar Nazirliyinin binasıdır.
Prezident
İlham Əliyev: İndi baxın, digər ictimai yerlər də olsun ki, insanlar
yığışıb otura
bilsinlər, asudə vaxtlarını keçirsinlər.
Mən çoxdandır burada olmamışam.
Ağasəid Orucov: Prezident olmadığınız vaxt
gəlmişdiniz.
Prezident
İlham Əliyev: Bəli, o vaxt gəlmişdim. O vaxt məndən xahiş etmişdilər. Pirə də gəlmişdim,
görüşmüşdük o vaxt. Amma indi yaxşı
fürsət oldu, həm Ramazan ayında, həm də bu yolların
açılışı münasibətilə gəldim.
Ağasəid Orucov: Çox təşəkkür edirik.
Çox
yaxşıdır. İnşallah, daha da yaxşı
olacaq.
Prezident
İlham Əliyev: Qaz, işıq, hər şey qaydasındadır?
Adil Vəliyev: Hər şey qaydasındadır.
Sərfiyyat 70 faiz aşağı
düşüb. Tam ödəniş var. Çünki
insanlara güzəşt
olunur.
Prezident
İlham Əliyev: Əvvəllər bir az ödəmirdilər.
Bir az
deyəndə yumşaq
deyirəm.
Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.
Adil Vəliyev: Möhtərəm
Prezident hamısını
sildi.
Prezident
İlham Əliyev: Onu sildik. Dedik ki,
bunu silək, amma bundan sonra
ödəyin.
Ağasəid Orucov: Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.
Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.
Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir
problem olmayacaq. Cənab
Prezident, çıxışımda
da qeyd etdim,
həqiqətən bir
problemimiz olmayıb. Daim işığımız,
qazımız olub, çox sağ olun.
Prezident
İlham Əliyev: İndi qəsəbədaxili
yollara da baxın. Siz də, “Azəravtoyol”
da bu yolları
düzəltmisiniz, amma
digər yollar da var. Onları da belə səviyyəyə
gətirmək lazımdır.
Saleh Məmmədov: Baş üstə cənab Prezident.
Adil Vəliyev: 2013-cü ildə
Sizin Sərəncamınızla
2 milyon manat ayrılmışdı. O vaxt
Zabrat və Nardaran qəsəbələrinin
yollarına 120 min kvadratmetr
asfalt vurulub. Burada küçələrin çoxu
asfaltdır, çox yaxşıdır.
Prezident
İlham Əliyev: Yəqin ki, torpaq küçələr
də var.
Adil Vəliyev: Var, amma o biri qəsəbələrlə
müqayisədə azdır.
Prezident
İlham Əliyev: Yaxşı, gedim, ziyarət edim.
Sakinlər: Çox sağ olun. Təşəkkür edirik.
X X X
Sonda xatirə
şəkilləri çəkdirildi.
Azərbaycan.- 2016.- 22 iyun.- S. 2.