“Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 2, maddə 56; 2015, N 2, maddə 92, N 5, maddə 496, N 7, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:
1. 21.1-ci maddədə “filiallarında” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin;
2. 21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada” sözləri ilə əvəz edilsin;
3. 21.1.5-ci maddədə “pilləsində (bakalavriat)” sözləri “pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.