“Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N 2, maddə 56; 2015, N 2, maddə 92, N 5, maddə 496, N 7, maddə 821) 21.1.5-ci maddəsində “xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri “xarici ölkələrdə” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2016-cı il
Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.