Azərbaycan
Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi
əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Bağırov Kamil Zülfi oğlu
Əliyeva Yaqut Qəşəm qızı
Məmmədov Qağayı Məmmədağa oğlu
Zülfüqarov Əliheydər Nizami oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bədirov Miryəhya Rəsul oğlu
Əliyev Zirəddin Çoban oğlu
Həsənova Güney Elşən qızı
Hüseynov Oqtay Nəsir oğlu
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 22 iyun.- S. 3.