Fransalı senatorlara
Azərbaycandakı multikultural
və tolerant mühit
barədə məlumat
verilib
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzində (BBMM) Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, BBMM-in Himayəçilik
və Məşvərət
şuralarının sədri,
akademik Kamal Abdullayevin Fransada Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti,
Milli Assambleyanın deputatı Jan-Fransua Manselin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşü olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət müşaviri
Kamal Abdullayev Sovör Qandolfi-Şayt,
Erik Dolij, Jan-Pyer Door, Aleksi Mansel, Lionel Tardi, Alen Vasel
kimi nüfuzlu senator və deputatların təmsil olunduğu nümayəndə heyətini
salamlayaraq onların Azərbaycana səfərindən
məmnunluğunu ifadə
edib. Bildirilib ki, biz Azərbaycanda
hökmran olan tolerant və multikultural əhvali-ruhiyyəni öz
qəlbimizin arzusu ilə dostlarımıza çatdırmağa, onları
da bundan xəbərdar etməyə
çalışırıq. “Biz Prezident İlham
Əliyevlə sizin görüşünüzü çox böyük maraq və diqqətlə
izlədik. Prezident İlham
Əliyev Azərbaycanın
xaricdəki dostlarının
sayının artırılması
üçün çox
işlər görür.
Mən bir daha hər
bir müasir azərbaycanlının ürəyindən
gələn bir fikri burada ifadə
etmək istərdim.
Hər bir insanın iki vətəni olur: doğma vətəni və Fransa. Fransaya məhəbbət hər zaman bizim ürəyimizdə
yaşayır. Güman edirəm
ki, bu hisslər
bizim münasibətlərimizdən
sonra bir qədər də zənginləşəcək. Bu heyətlə Bakıya
gəlib bizimlə görüşdüyünüz üçün sizə bir daha təşəkkür
edirəm. İnanıram ki, hazırda Mərkəzin müşaviri
Aytən Qəhrəmanın
sizinlə davam etdirdiyi danışıqlar
nəticəsində daha
real nəticələr əldə
edəcəyik”.
Kamal Abdullayev
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
xidmətinin və
BBMM-in yaranması, fəaliyyəti
və həyata keçirilən layihələr
barədə qonaqlara məlumat verib. Dövlət müşaviri BBMM-in hazırda
Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının
fəaliyyət göstərdiyini
qeyd edib.
Dövlət müşaviri BBMM-in “Azərbaycan multikulturalizmi
fənninin xaricdə və Azərbaycan universitetlərində tədrisi”
layihəsi çərçivəsində
bu fənnin hazırda dünyanın
13, Azərbaycanın 28 nüfuzlu
ali təhsil
ocağında tədris
edildiyini və bu fəaliyyət sferasının gündən–günə
genişləndiyini diqqətə
çatdırıb. Kamal Abdullayev
“Azərbaycan multikulturalizmi”
fənninin Fransa universitetlərindən birində
tədrisi ilə bağlı hazırda aparılan danışıqların
yaxın gələcəkdə
müsbət nəticələnəcəyinə
ümidvar oldugunu bildirib.
Prezident
İlham Əliyevin Sərəncamı ilə
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunduğunu xatırladan Dövlət müşaviri bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın
bölgələrində yaşayan
müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin,
mədəniyyətinin təbliği
olmaqla yanaşı, xalqımızın bütün
dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.
Jan-Fransua Mansel nümayəndə heyətində
təmsil olunan senatorların ölkəmizə
ilk dəfə səfər
etdiklərini qeyd edərək heyət üzvlərinin Azərbaycanla
bağlı xoşa
gəlməyən təşəbbüslərin
qarşısını almaq
üçün Milli
Assambleyada səfərbər
olduqlarını və
artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğulayıb. Ölkəmizə
səfərləri çərçivəsində
“Azərbaycanı özün
üçün kəşf
et” proqramı hazırladıqlarını deyən
Jan-Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini diqqətə
çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Azərbaycandakı mövcud
multikultural duruma, xalqımızın qonaqpərvərliyinə
öz gözləri ilə şahid olduqlarını qeyd edib. Rəhbərlik etdiyi qurumda
Fransa cəmiyyətinin
müxtəlif təbəqələrinin
nüfuzlu nümayəndələrinin
birləşdiyini diqqətə
çatdıran Jan-Fransua
Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini
əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud
olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar
olduğunu vurğulayan
Jan-Fransua Mansel onlara göstərilən diqqətə və yüksək qonaqpərvərliyə
görə minnətdarlığını
bildirib.
Jan-Fransua Mansel nümayəndə heyəti
üzvlərinin bundan
əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma
ürəklərinin artıq
Azərbaycanla döyündüyünü
söyləyib.
Nümayəndə heyətinin rəhbəri
Formula-1 Avropa Qran-pri yarışının Bakıda
yüksək səviyyədə
keçirildiyini vurğulayıb,
bu cür beynəlxalq tədbirlərin
təşkil edilməsində
Azərbaycanın zəngin
təcrübəyə malik
olduğunu deyib.
Qonaqlar Azərbaycandakı tolerant və
multikultural ənənələri
yüksək qiymətləndiriblər,
bu dəyərlərin
digər ölkələr
üçün də
örnək ola
biləcəyini qeyd ediblər.
Görüşdə dövlət müşaviri
qonaqları maraqlandıran
sualları cavablandırıb.
Sonra nümayəndə heyətinin
üzvlərinə BBMM-in layihəsi
çərçivəsində 25 dildə çap olunan, Henrix Fridrix fon Ditsin
yazdığı “Homerinki
ilə müqayisədə
yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön sözün və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü
öldürdüyü boy”un
daxil edildiyi kitabın fransız dilində nəşri və Mərkəzin hədiyyələri təqdim
edilib.
Azərbaycan.- 2016.- 22 iyun.- S. 4.