Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 226
¹ 226 Bakı şəhəri,
13 iyun 2016-cı il
“Təhsil haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
29 aprel tarixli 82 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, N 4, maddə 372; 2011, N 3, maddə 235; 2013, N 5, maddə
567; 2014, N 5, maddə 571) ilə
təsdiq edilmiş
“Ali təhsil pilləsinin
bakalavr və magistr səviyyələrində
təhsil haqqında dövlət sənədlərinin
nümunələri və
onların verilməsi
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bəndin
üçüncü abzasına
“magistr” sözündən
əvvəl “ali təhsil müəssisələrinin”
sözləri əlavə
edilsin, həmin abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda dördüncü
abzas əlavə edilsin:
“- Azərbaycan Milli Elmlər Akademiyasının
magistr diplomu (adi və fərqlənmə).”.
2. 2.7-ci bəndin birinci abzasında “Magistr” sözü “Ali təhsil müəssisələrinin magistr”
sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı
məzmunda 2.7-1-ci bənd
əlavə edilsin:
“2.7-1. Magistr diplomunun təsviri:
Diplom
15x21 sm ölçüdə
kitabça şəklində
çap olunur və Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - AMEA) magistratura səviyyəsini fərqlənmə
ilə bitirməyənlər
üçün göy,
fərqlənmə ilə
bitirənlər üçün
isə qırmızı
rəngli olur. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət
gerbi, aşağı
hissəsində isə
“MAGİSTR DİPLOMU” sözləri həkk olunur. Kitabçanın üz qabığının
içərisinin sağ
və sol tərəfinə
Azərbaycan Respublikasının
Dövlət gerbinin təsviri olan və magistr diplomunun nümunəsinə
uyğun hazırlanmış
qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı
hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI” və “MAGİSTR DİPLOMU” sözləri,
sol səhifəsinin yuxarı
hissəsində “MAGİSTR DİPLOMU
ALİ TƏHSİL HAQQINDA DÖVLƏT
SƏNƏDİDİR” sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı
kənarında isə
möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün
yer saxlanılır. Daha sonra səhifələrdə
mətn magistr diplomunun nümunəsində
göstərilən formada
yerləşdirilir (5 nömrəli
əlavə).”.
4. 2.8-ci bənddə “4 nömrəli
əlavə” sözləri
“4 və 6 nömrəli
əlavələr” sözləri
ilə əvəz edilsin.
5. 2.10-cu bənddə “3 və 4 nömrəli” sözləri
“3 - 6 nömrəli” sözləri
ilə əvəz edilsin.
6. 3.1-ci və 3.2-ci bəndlərə
ismin müvafiq hallarında “təhsil müəssisələri” sözlərindən
sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilsin.
7.
3.3-cü bənddə “və
ali təhsil
müəssisələrində” sözləri “ali təhsil müəssisələrində
və AMEA-da” sözləri ilə əvəz edilsin.
8.
3.4-cü bəndin ikinci
abzasına, 3.5-ci bəndin
birinci abzasının
birinci cümləsinə
və 4.7-ci bəndin ikinci abzasına ismin müvafiq hallarında “təhsil müəssisələri” sözlərindən
sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilsin.
9.
3.4-cü bəndə və
3.5-ci bəndin birinci abzasının ikinci cümləsinə müvafiq
olaraq “rəhbərləri”
və “rəhbəri”
sözlərindən sonra
“və AMEA-nın prezidenti” sözləri əlavə edilsin.
10.
3.6-cı bəndin birinci
abzasının dördüncü
cümləsinə, 4.1-ci bəndə,
4.5-ci və 4.7-ci bəndlərin
birinci abzaslarına ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözlərindən
sonra ismin müvafiq hallarında “,
AMEA” sözü əlavə
edilsin.
11. 3.8-ci bənddə “təhsil müəssisəsinin adı onun” sözləri “təhsil müəssisəsinin, adı, AMEA onların” sözləri ilə əvəz edilsin.
12. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.4. Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər.
4.4-1. Ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir.”.
13. 4.6-cı bənd üzrə:
13.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə, AMEA olan halda isə müvafiq olaraq AMEA-nın prezidentinə müraciət etməlidir.”;
13.2. üçüncü cümləyə “təhsil müəssisəsinin adı” sözlərindən sonra “, AMEA” abreviaturası əlavə edilsin.
14. Həmin Qaydaya 5 və 6 nömrəli əlavələr əlavə edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 22 iyun.- S. 5.