Müasir inkişafın daha bir formulu

 

Küləklər şəhəriBakı iyunun 17-19-da sürət, adrenalin həyəcan yarışı olan “Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsinə - Avropa Qran-prisinə evsahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü. Odlar Yurdunun paytaxtı daha bir mötəbər beynəlxalq idman yarışı ilə adını yenidən Avropanın idman tarixinə qızıl hərflərlə yazdırmış oldu.

“Formula-1” Avropa Qran-prisinin möhtəşəm açılış bağlanış mərasimi maraqlı anlarla yadda qaldı. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. I Avropa Oyunlarından sonra “Formula-1” kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqlədi.

Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisi Milli Məclisin deputatları tərəfindən maraqla izlənildi. Fikirlərini öyrəndiyimiz deputatlar hesab edirlər ki, belə bir yarışın Azərbaycanda keçirilməsi həm həmin yarışın ölkəmizdə populyarlaşmasına, həm ölkəmiz haqqında informasiyanın dünyada yayılmasına xidmət etmiş oldu.

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin Elm təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, akademik:

- Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyəti Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirmək, ölkəmizə beynəlxalq aləmdə layiq olduğu yeri qazandırmaq məqsədi daşıyır. Respublikamızdakı möhkəm ictimai-siyasi sabitlik ardıcıl iqtisadi inkişaf möhtərəm Prezidentin apardığı məqsədyönlü siyasətin uğurlu bəhrəsidir. Azərbaycanın dünyada böyük nüfuza sahib olması da dövlət səviyyəsində aparılan düşünülmüş siyasətin nəticəsində qazanılmışdır.

Azərbaycan Respublikasının müstəqillik dövrü tarixinin beynəlxalq miqyasda ən möhtəşəm tədbiri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olmuşdur. Bu, müasir dövrdə bütün bəşəriyyətin taleyüklü məsələlərini geniş müzakirəyə çıxaran, ən mühüm çağırışları diqqət mərkəzinə çəkən mühüm qərarlar qəbul edən ümumdünya forumu kimi Azərbaycanın şərəfli tarixinin çox əhəmiyyətli hadisəsidir. Azərbaycanda ardıcıl olaraq keçirilmiş humanitar forumları, sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqa həsr edilmiş beynəlxalq səviyyəli konqresləri, simpoziumları digər ölkələr heç on ildə bir dəfə təşkil edə bilməmişlər. Bunlar mühüm siyasi əhəmiyyətə malik olan möhtəşəm elmi forumlar olaraq Azərbaycanı dünya ictimaiyyətinə sivil, demokratik, intellektual, multikultural, tolerant bir cəmiyyət kimi təqdim etmiş, respublikamızın beynəlxalq miqyasda inkişafda olan bir ölkə kimi qəbul edilməsində mühüm rol oynamışdır.

Beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili keçirilməsi baxımından da müstəqil Azərbaycan Respublikası möhtəşəm hadisələrə imza atmışdır. Avropa Oyunlarının birinci dəfə ölkəmizdə keçirilməsi qeyri-adi dərəcədə möhtəşəm ahəngdar şəkildə mədəniyyət proqramları ilə müşayiət olunması da dünya idman hərəkatı tarixinə yeni parlaq səhifə kimi yazılmışdır.

Bütün bunlar həm Azərbaycana turist axınlarının, investorların, adamlarının da yeni dalğasının formalaşmasında mühüm rol oynayır.

Bu baxımdan ölkəmizin paytaxtı Bakı şəhərində böyük uğurla keçirilmiş “Formula-1” oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizi dünyada tanıtmaq dünyanı respublikamıza daha çox cəlb etmək siyasətinin parlaq bir davamıdır. “Formula-1” beynəlxalq yarışı ilə Azərbaycan xalqı dünyada məşhur olan daha bir idman sahəsi ilə yaxından tanış olmaq imkanını qazandı. Dünya idmançıları onların Bakı şəhərinə gəlmiş çoxminli azarkeşləri isə inkişaf edən Azərbaycanın daha parlaq bir dövrünün şahidi oldular. Dünyanın bütün qitələrinin telekanallarındaBakı, Azərbaycansözləri qürurla səsləndi. Dərin iftixar hissi doğuran bu böyük hadisələr ölkəsini ürəkdən sevən hər bir azərbaycanlıda böyük milli qürur hissləri yaşadır.

Nəticə etibarilə “Formula-1” idman hərəkatı müstəqil Azərbaycan dövlətini dünyada tanıtmağın növbəti müasir formuludur. Bu, eyni zamanda Yer kürəsində ölkəmizə açılan qapıların da yeni formulasıdır. Bu, öz ardınca respublikamıza yeni dostlar, etibarlı tərəfdaşlar, turizmin təzə axınını, adamlarının böyük layihələrini gətirəcəkdir.

Bütün bunlar yeni tarixi epoxada müasir inkişafın düşünülmüş nərdivanıdır. Qarşıda daha bir böyük üfüq var: İslam Oyunları! Uğur olsun, müstəqil Azərbaycan!

Rafiq Məmmədhəsənov,

Milli Məclisin deputatı, professor:

- Son illər bir sıra beynəlxalq əhəmiyyətli idman oyunlarının ölkəmizdə keçirilməsi sübut edir ki, Azərbaycan nəinki iqtisadi-sosial cəhətdən inkişaf edən, həm idman sahəsində təkmilləşən bir dövlət kimi dünyanın diqqət mərkəzindədir. Yüksək səviyyədə keçirilən möhtəşəm I Avropa Oyunlarından az müddət sonra milyonlarla insanın diqqətini yenidən Azərbaycana yönəldən “Formula-1” Qran-pri yarışları deməyə əsas verir ki, ölkəmiz idman yarışlarının mərkəzinə çevrilib. Əminliklə söyləyə bilərik ki, bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir.

Beynəlxalq səviyyəli idman yarışları idmançıların mübarizə meydanında olduğu kimi, həm dövlətlərarası münasibətlərin yaxşılaşması, ölkələrin yaxınlaşması, dostluq əməkldaşlığın möhkəmlənməsi, dərinləşməsi, dövlətlərin hansı imkanlara təşkilatçılıq qabiliyyətinə malik olmasını müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Azərbaycan I Avropa Oyunlarının təşkilində elə bir təşkilatçılıq nümunəsi göstərdi ki, bu gün nəinki Avropa, bir çox dünya ölkələri bu standartları tətbiq etməkdə çətinlik çəkirlər. “Formula-1” Avropa Qran-prisi isə ilk Avropa Oyunları kimi yaddaşlara həkk olundu. Azərbaycanın bu yarışları yüksək səviyyədə təşkil etməsi hələ uzun zaman müzakirə mövzusu olacaq. Maraqlı məqamları, həyəcanı, mədəni proqramları, paytaxtımızın gözəlliyi möhtəşəmliyi isə unudulmaz tarixə çevrildi. “Formula-1” yarışları həm Azərbaycana yeni-yeni uğurların qazanılmasında bir stimul oldu.

Bakı Qran-prisi zamanı dünyanın aparıcı dövlətlərinin KİV-ində paytaxtımıza həsr olunan reportaj materiallar yayımlandı. Bu materiallarda Bakının yarışlara yüksək səviyyədə hazırlığı təşkilatçılıq bacarığı, şəhərimizin füsunkar gözəlliyi, Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə evsahibliyi etməsi, qədim tarixi abidələrimiz, həmçinin xalqımızın zəngin mədəniyyəti, qonaqpərvərlik ənənələri milli mətbəximizin ləzizliyi qeyd olundu. Bu da sürətlə inkişaf edən ölkəmizin siyasi, mədəni, iqtisadi gücünün dünyada bir daha nümayiş olunmasına imkan verir.

Onu da vurğulayım ki, “Formula-1” Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı fürsət idi. Bu isə siyasi, iqtisadi və mədəni dividendləri on illər üçün hesablana bilən tendensiyanın başlanğıcıdır. “Formula-1” yarışı ölkəmizin təbliği, eləcə də turistlərin cəlb edilməsi baxımından ideal imkan yaratdı. İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumundakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunmuşdu. Dövlət başçısı bildirmişdir ki, beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Ona görə də hesab edirəm ki, bu yarış Azərbaycana turizm ölkəsi kimi marağı daha da artırdı.

Bu gün Azərbaycanın ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, onun dünyəvi inkişafını nəzərə almamaq mümkün deyil. “Formula-1” kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ilə dünya ölkələrinin Azərbaycana olan diqqəti daha da artmış oldu.

Qarşıda isə bizi daha bir mötəbər yarış gözləyir. Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdürseçilib. Söz yox ki, Azərbaycan bu yarışı da ən yüksək səviyyədə təşkil edərək yeni tarix yazacaq. Təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülhinkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə də uğur estafetini davam etdirəcək.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.- 2016.- 22 iyun.- S. 7.