Lüksemburqun Böyük
Hersoqu Əlahəzrət Anriyə
Əlahəzrət,
Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 20 iyun 2016-cı il.
Azərbaycan.-2016.- 23 iyun.- S.1.