Müasirlik, səmərəlilik və vətəndaş məmnunluğu güclü dövlətin əsas prinsipləridir

23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

Qloballaşma prosesidünyaya inteqrasiya dövlət və cəmiyyət həyatının bütün sahələri kimi, idarəetmə və dövlət qulluğu mexanizminə də öz təsirini göstərir. İdarəetmənin funksiyalarının dəyişməsi yeni impulslara uyğun idarəetmə və dövlət qulluğu mexanizminin formalaşdırılmasını tələb edir. Çünki səmərəli idarəetmə və dövlət qulluğu mexanizmi müasirgüclü dövlətin əsas atributlarındandır. Dövlət öz ali məqsədini və vəzifələrini dövlət qulluğu vasitəsilə həyata keçirir. Buna görə də bu sistem idarəetmə modelindən, yürüdülən siyasətdən, dövlətin ali məqsədindən, milli-mənəvi dəyərlərdən, dövlətçilik ənənələrindən, vətəndaş cəmiyyətinə münasibətdən asılı olaraq formalaşır.

Müasirdemokratik dövlətin, vətəndaşa yönümlü, səmərəli idarəetmənin və dövlət qulluğu mexanizminin yaradılması dövlətçiliyin inkişafının mühüm şərti kimi respublikamızda həyata keçirilən islahatların əsas istiqamətini müəyyənləşdirdi. Aparılan kompleks islahatlar nəticəsində vətəndaşların rifahının, dövlət qulluqçularının fəaliyyətindən məmnunluğun yüksəldilməsi üçün dövlət xidmətlərinin təkmilləşdirilməsi dövlət qulluğunun və idarəetmənin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə həyata keçirildi. Nəticədə respublikamızda formalaşdırılan müasir, demokratikinnovativ idarəetmə modeli dövlət qulluqçularının yeni fəaliyyət üslubunu, mexanizm və prinsiplərini müəyyənləşdirdi. Vətəndaş məmnunluğunun təmini, hüquq, azadlıq və qanuni maraqların müdafiəsi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, dövlət qulluqçusunun peşəkarlığı, nəzakətliliyi və çevikliyi, dövlət xidmətlərinin rahatlığı, əlçatanlığı, ictimai nəzarət mexanizminin gücləndirilməsi müasir idarəetmə modelinin əsas tələbləri kimi müəyyən olundu.

Qürur hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin siyasi iradəsilə “vətəndaşa, insan faktoruna yönümlümüasir idarəetmə modelinin formalaşdırılması nəticəsində səmərəli və şəffaf dövlət qulluğu mexanizmi formalaşdırılmış, “vətəndaş - dövlət qulluqçusu” münasibətlərinə dair yeni düşüncə tərzi təşəkkül tapmışdır. Vətəndaşlarla dövlət qulluqçusu arasındakı münasibətlərin məzmununun dəyişməsi, dövlət qulluqçularının vətəndaşa yönümlü, nəzakətli, fasiləsiz, şəffaf və çevik xidmət göstərməsi, dövlət xidmətlərini təqdim edən orqanlar arasında sağlam rəqabət mühitinin yaradılması və vətəndaşa dövlət xidmətlərini təqdim edən qurumu seçmək imkanının verilməsi, dövlət qulluqçusunun fəaliyyətində səmərənin əsas meyarı kimi ictimai rəy və vətəndaş məmnunluğunun çıxış etməsi kimi xüsusiyyətlər ölkəmizdə müasir dövlət qulluğunu səciyyələndirən əsas əlamətlər hesab olunur.

Dövlət xidmətlərinin təqdim olunmasının innovativ, müasir və şəffaf formaları müəyyənləşdirilmiş, dövlət qulluğu peşəkar kadr korpusundan ibarət mühüm sosial-hüquqi mexanizmə çevrilmişdir. Dövlət qurumlarının fəaliyyətinə real ictimai nəzarət mexanizmi formalaşdırılmışdır.

Bu gün Azərbaycanda müasirdemokratik idarəetmə modeli, səmərəli və şəffaf dövlət qulluğu mexanizmi fəaliyyət göstərir. Dövlət qulluğu anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Vətəndaş dövlət xidmətlərinin istehlakçısı, onun məmnunluq səviyyəsi isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün əsas meyar hesab olunur.

Qlobal inkişafın müasir meyilləri və milli-tarixi dövlətçilik ənənələrinə əsaslanan islahatlar nəticəsində ölkədə yaranan müasir dövlət qulluğu mexanizmi dəqiq prinsiplərə əsaslanan kadr siyasəti vasitəsilə formalaşdırılır. Dövlət qulluğunda müasir kadr siyasəti vətənpərvər, dövlətə və dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq olan, şəxsi keyfiyyətləri yüksək şəxslər arasından peşəkarların seçilməsini, onların inkişaf etdirilmələri üçün müntəzəm təlimlərə və kurslara cəlb olunmasını, fəaliyyətin konkret nəticələrinə əsaslanan obyektiv qiymətləndirmə və səmərəli motivasiya mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Kadr siyasəti vahid dövlət siyasətinin tərkib hissəsi kimi dövlət orqanlarını sistemli, planlı və məqsədəuyğun şəkildə peşəkar, analitik düşünə bilən, təşəbbüskar və məsuliyyətli kadrlarla təmin etməyə, kadr potensialının, insan kapitalının inkişafına yönəlir. Bu siyasət dövlət idarəetməsinin modernizasiyasına, şəffaflığın artırılmasına və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılmasına xidmət edən milli idarəetmə modeli olan “ASAN xidmət” modelinin əsas prinsiplərində və fəaliyyət məqsədlərində də öz əksini tapmışdır.

Müasir, çevik, şəffaf, səmərəli idarəetmə sisteminin, müasir tələblərə cavab verən insan kapitalının yaradılmasına yönələn modernləşmə prosesi kadr siyasətinə də yeni çalarlar əlavə etmişdir. Hazırda ölkədə aparılan kadr siyasəti şəffaf və obyektiv seçim mexanizmləri vasitəsilə dövlət qulluğunu peşəkar, gənc, dövlətinə və milli-mənəvi dəyərlərə sadiq, kreativ kadrlarla təmin etməklə yanaşı, onların daimi inkişafına da yönəlmişdir. İnsan kapitalının cəmiyyətin mövcudperspektiv vəzifələrinin həllindəki rolu ölkə başçısının çıxışlarında da, qanunvericilik səviyyəsində də, həyata keçirilən dövlət proqramlarında da xüsusilə diqqətə çatdırılmışdır. Çünki müasir və səmərəli dövlət qulluğunun mövcudluğu və gələcək inkişafı kadrların intellektual potensialı, mənəvi-əxlaqi sərvətləri və ümumilikdə insan kapitalı ilə müəyyənləşdirilir. Yeni idarəetmə nəzəriyyələri də təsdiqləyir ki, müasir cəmiyyətin və ictimai istehsalın inkişafına yalnız texniki aspektdən yanaşmaq olmaz. Çünki ictimai əməyin texniki, iqtisadisosial faktorları arasında sabit əlaqə və qarşılıqlı asılılıq var. Sosial faktorlar insan faktorunun getdikcə artan rolu vasitəsilə müasir istehsalın inkişaf proseslərinə mühüm təsir göstərir.

Məhz insan kapitalı xalqların inkişaf və yaşayış səviyyəsinin, qazandığı uğurların əsas zəmini kimi çıxış edir. Müstəqil dövlətimizin inkişafı üçün aparılan islahatların gündəmində də müvafiq olaraq prioriteti məhz insan faktoru təşkil edir. Təsadüfi deyildir ki, insan kapitalının investisiyalaşdırılması üzrə fəaliyyətin əsas formalarından birini isə təlimlər təşkil edir. Səmərəli dövlət qulluğunda kadr siyasətinin də əsas istiqamətlərindən birini təlimlər təşkil edir. Dövlət qulluğunda təlim sistemi kadrların sosial-psixoloji qabiliyyətlərinin, ümumi intellektual səviyyələrinin artırılmasına, onların peşəkarlığının, idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Bunun üçün təlim infrastrukturunun yaradılması, təlim strategiyasının, strateji vəzifələrə nail olmaq üçün müvafiq tədbirlər planının, təlim-tədris proqramlarının işlənib hazırlanması, təlim texnologiyalarının düzgün seçilməsi müasir dövrün zəruri tələblərindən biridir.

Beləliklə, fəxrlə qeyd edə bilərik ki, ölkəmizdə “xalqa xidmət” konsepsiyasına, milli-tarixi dövlətçilik ənənələrinə və qlobal inkişafın müasir meyillərinə əsaslanan vətəndaşa yönümlü dövlət qulluğu mexanizmində dövlət qulluğu şərəfli, məsuliyyətli və peşəkar fəaliyyət kimi öz təsbitini tapmış, kadr potensialının, insan kapitalının inkişaf etdirilməsinə yönələn səmərəli kadr siyasəti əsasında qurulmuşdur. Vətəndaşa yönümlü siyasət yürüdən dövlətin xalqa şərəflə xidmət edən, dövlətçiliyin güclənməsi, vətəndaş məmnunluğunun təmini üçün çalışan bütün dövlət qulluqçularına öz şərəfli peşələrində uğurlar arzulayaraq deyirik: “Bayramınız mübarək, əziz həmkarlar!”

Nazənin HÜSEYNOVA,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğukadr siyasəti” kafedrasının dosenti

Azərbaycan.-2016.- 23 iyun.- S.3.