İslahatların uğuru

Aqrar sektorda görülən işlərin nəticəsi həm də müasir biliklərin tətbiqindən asılıdır

 

Prezident İlham Əliyev bu il aprelin 21-də “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı imzalamaqla iqtisadi inkişafın müasir dünya təcrübəsinə və dərin elmi araşdırmalara köklənməsini vacib saydığını bir daha təsdiqlədi.

Bundan sonra ölkəmizdə yenibeyin mərkəzi”ndə ideyalar və layihələr müasir dünyanın tələbləri baxımından tədqiq ediləcək, iqtisadi inkişaf modelləri müxtəlif elmlərin baxış bucağından daha uğurlu məcraya səmtləndiriləcək. Faktiki olaraq əqli mülkiyyətin geniş istifadəsinə, elmi nailiyyətlərin sürətlə istehsala tətbiqinə qol-qanad veriləcək. Eyni zamanda yenibeyin mərkəzi”ndə iqtisadi çağırışlara müvafiq təhlillər aparılacaq, qısa və ortamüddətli proqnozlar hazırlanacaq. Beləliklə, ölkə iqtisadiyyatının inkişafı yeni - intellektual məcraya yönələcək, elmlə istehsalın qarşılıqlı münasibətləri genişlənəcək və bununla də elmlə istehsalat arasında olan sədd aradan götürüləcək.

Azərbaycanda aqrar elmin inkişafının əsasları ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sovet dönəmində heç bir aqrar təşkilat - kolxoz, sovxoz, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri iriya kiçik olmasından asılı olmayaraq mütəxəssissiz ötüşmürdü. Yəni sovxozya kolxoz vardısa, onun mütləq aqronomu, zootexniki, baytar həkimi və digər mütəxəssisləri olmalı idi. Bütün briqadirlər, fəhlə və kolxozçular mütəxəssislərin göstərişlərini yerinə yetirməyə borclu idilər. Lakin ötən əsrin 90-cı illərinin xaosu aqrar sektora da ciddi zərbə vurdu. Bir neçə il ərzində kənd təsərrüfatı mütəxəssislərinin çoxu gərəksiz zümrəyə çevrilərək unuduldu.

Aqrar sektorda yaranmış bu və digər problemlərin aradan qaldırılması üçün ulu öndərin başladığı islahatları Azərbaycan Prezidenti İlham Əliyev bütün istiqamətlərdə bu gün uğurla davam etdirir. Birincisi, dövlət aqrar sektorun inkişafına neft gəlirlərinin nəzərəçarpacaq qismini yönəldib. İkincisi, ölkədə müasir dünya təcrübəsinin son nailiyyətlərini özündə ehtiva edən nəhəng layihələr reallaşdırılır, üçüncüsü, aqrar sektorda çalışan bütün sahibkarlara, fermer və məhsul istehsalçılarına dövlətin geniş güzəştlər sistemindən yararlanmağa imkan yaradılır. Fermer dövlətin qayğısını və dəstəyini sözdə yox, əməldə hiss edir. Bu üç istiqamətə söykənərək inkişaf edən Azərbaycan kəndlisi qısa müddət ərzində ayağa dura bilib və ölkənin ərzaq təhlükəsizliyinin həllində dönüş yaradıb. Ötən ilin “Kənd təsərrüfatı ilielan olunması, qeyri-neft sektorunun şaxələndirilməsində aqrar bölmənin xüsusi çəkisinin artırılması, ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin gündəmə gətirilməsi, xarici bazarlara yeni çıxışların axtarışı bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsləridir.

Dövlət müasir aqrar biliklərin kənd təsərrüfatına tətbiqinin bütün istiqamətlərdə genişləndirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir. Aqrar biliklərin və təcrübənin tətbiqi iki istiqamətdə aparılır. Birinci istiqamət dövlətin təşəbbüsü ilə yaradılan iri fermer təsərrüfatlarına aiddir. Burada aqrar sektorun inkişafına böyük məbləğdə vəsaitlər ayrılır, onlar icra edilərkən müasir biliklər tətbiq edilir, qabaqcıl dünya təcrübəsi nəzərə alınır, zəruri hallarda xarici mütəxəssislər cəlb olunur. Qısa desək, bütün işlər elmi əsaslarla aparılır. Ölkədə, demək olar ki, böyük şirkətlərin heç biri biliklərin azlığından və qabaqcıl təcrübənin çatışmazlığından əziyyət çəkmir, kənd təsərrüfatına uğurlu inkişaf modellərini rahatlıqla tətbiq edir, yerli mütəxəssislərin, alimlərin, Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki elmi-tədqiqat institutlarının araşdırmalarından faydalanırlar. Bu islahatlar ölkədə aqrar sektorun simasını dəyişir, yeni texnologiyaların, innovasiyaların geniş tətbiqinə imkan yaradır. Əslində, bu islahatlar fermerlər və pay torpaq sahibləri üçün pilot layihələr rolunu oynayır, onların inkişafına ciddi təkan verir.

Kiçik sahibkarlığın inkişafı aqrar sektorun ikinci istiqamətidir. Qeyd edək ki, onlar da dövlətin güzəştlər sistemindən eyni dərəcədə faydalanırlar. Kənd Təsərrüfatı Nazirliyi müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə ölkənin bütün regionlarında seminarlar, konfranslar keçirir. Bölgələrdə yaradılan kənd təsərrüfatı idarələri isə bu istiqamətdə daha böyük nəticələrə imza atmaq iddiasındadır. Lakin problemin görünməyən hissəsi ondan ibarətdir ki, kiçik fermer təsərrüfatlarının, pay torpaq sahiblərinin elmə, aqrar mütəxəssislərə çıxışı iri təsərrüfatlara nisbətən bir qədər zəifdir. Halbuki kiçik fermerpay torpaq sahiblərinin aqrar biliklərə, mütəxəssis köməyinə ehtiyacı böyükdür. Bugünkü pay torpaq sahiblərinin bir qismi daim mütəxəssislərlə təmasda ola bilmir, elə öz aralarında məsləhətləşməklə kifayətlənir, ölkədə mövcud olan aqrar biliklərdən yetərincə faydalanmırlar. Bu da ona səbəb olur ki, onların sahələrindəki məhsuldarlıq aşağı düşür. Kiçik sahibkarların bir qismi isə yüksək məhsul almaq üçün müasir biliklərdən faydalanmaq, qabaqcıl təcrübəni tətbiq etmək əvəzinə torpağı qədərindən dəfələrlə artıq gübrələməyə üstünlük verirlər. Belə sahələrdə istehsal olunan məhsullarla nəinki xarici bazara çıxmaq, heç yerli bazarda da rəqabətə dözüm gətirmək mümkün deyil.

Bu il martın 31-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanın təmin edilməsi, bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, vəziyyətin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması məqsədilə işçi qrupu yaradılmışdır.

Beləliklə, dövlət aqrar islahatların sürətlə həyata keçirilməsində maraqlıdır. Bəs kiçik sahibkarlar, fermerlər və pay torpaq sahibləri buna hazırdırmı? Onlara ilk növbədə hansı dəstək daha vacibdir?

Bu suallara cavab tapmaq üçün müasir dünya təcrübəsinə nəzər salaq. Çində 2001-ci ildə Dövlət Məlumat Xidməti (CSMEO) yaradılıb. Bu qurum öz saytında fərdi biznesini qurmaq istəyənləri və sahibkarları məsləhət xarakterli məlumatlarla təmin edir. CSMEO Çinin bütün regionlarını əhatə edir və əhalini kiçikorta sahibkarlığın inkişafı, əmək bazarındakı vəziyyət, mövcud qanunvericilikdəki dəyişikliklər, elm və texnikanın son nailiyyətləri, texnoloji kəşflərdən xəbərdar edir. Ümumiyyətlə, işini qurmaq istəyən istənilən çinli xüsusi saytların, elektron kitabxanaların köməyi ilə peşəkar məlumatlarla təmin edilir. Biznes dünyasına yeni qədəm qoyanlar xarici mütəxəssislərin iştirakı ilə keçirilən müxtəlif tədbirlər və videoseminarlarda iştirak edə, Çinin və dünyanın aparıcı mütəxəssislərinin məsləhət və tövsiyələrini istədiyi vaxt ala bilərlər. Onu da qeyd etmək lazımdır ki, bir çox ölkələrdə yanaşma müxtəlif olsa da, kiçik sahibkarlara biliklər vasitəsilə yardım dövlət səviyyəsində təşkil edilir.

Azərbaycanda da bu sahədə aparılan islahatların siyahısı uzundur. Ölkəmizdə də son illər aqrar sektor üzrə 100-ə yaxın normativ sənəd qəbul edilmiş, 52 rayon və şəhərdə inzibati binalar tikilmişdir. İSO tələblərinə cavab verən Baytarlıq Şəhərciyinin, Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması ötən ilin prioritet tədbirlərindəndir. Bunlardan əlavə, aqrar sahədə müasir biznes texnologiyası olan aqroparklar qurulur, müxtəlif təyinatlı yeni təsərrüfatlar yaradılır. Ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox damazlıq qaramal gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Əkinçilik, Tərəvəzçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Heyvandarlıq, Meyvəçilik və Çayçılıq, Baytarlıq, Kənd Təsərrüfatının İqtisadiyyatı elmi-tədqiqat institutları fəaliyyət göstərir. Bu elm mərkəzlərində 20-yə yaxın müxtəlif proqramlar üzrə elmi araşdırmalar həyata keçirilir, aqrar sektorun inkişafı ilə bağlı ciddi tədqiqatlar aparılır. Subtropik dənli və paxlalı bitkilərin, müxtəlif meyvələrin genofondu araşdırılır, toxumçuluğun inkişafı, yemçiliyin, çayçılığın perspektivləri, zərərverici xəstəliklərlə mübarizə üsulları, üzümçülük və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsi perspektivləri öyrənilir. Bu tədqiqat institutlarının ciddi elmi araşdırmalarla məşğul olması şübhə doğurmasa da, onlarla istehsalçı arasında gözəgörünməz sədd qalır.

Ölkədə nəşr edilən “Azərbaycan aqrar elmi” jurnalının son 2 ildə 6 nömrəsi işıq üzü görmüşdür. Həmin nömrələrdə kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının, Azərbaycan Milli Elmlər Akademiyasının və ayrı-ayrı universitetlərin əməkdaşlarının “İqtisadiyyatiqtisadi əlaqələr”, “Əkinçilik”, “Bitkiçilikseleksiya”, “Heyvandarlıq və baytarlıq”, “Bitki mühafizəsi”, “Mexanikləşdirmə” və “Gənc alimlərin tribunası” bölmələri üzrə 374 elmi məqaləsi dərc edilmişdir. Bu o qədər də kiçik rəqəm deyil. Lakin problem ondadır ki, istənilən fermerpay torpaq sahibi bu məlumatlarla vahid bir saytda, mənbədə tanış olmaq istəsə, alınmayacaq! Ona görə ki, jurnalın elektron versiyası yoxdur.

Biz həmçinin Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki elmi- tədqiqat institutlarının araşdırma məqalələri ilə tanış olmaq üçün axtarışlar apardıq. Lakin vahid bir mənbədə bu axtarışların sistemli təqdimatını görmədik. Kənd Təsərrüfatı Nazirliyinin nəzərdən keçirdiyimiz bir neçə elmi-tədqiqat institutunun saytlarındakı məlumatlar qısa xəbərdən savayı oxucuya heçvermir. Burada yalnız elmi konfranslar, regionlarda müxtəlif aqrar mövzulara həsr edilmiş tədbirlər haqqında çoxsaylı xəbərlər təqdim olunur. Adi oxucu üçün bu məlumat xarakterli xəbər maraqlı olsa da, fermer üçün heç bir məna kəsb etmir. Adi fermer, torpaq sahibi üçün keçirilən konfransseminarlar, elmi- tədqiqat institutlarının araşdırmaları haqqında xəbər yox, tədbirin mahiyyəti, çıxışların məzmunu vacibdir. Əgər bu saytlara seminar və konfranslardakı vacib çıxışların mətnləri, alimlərin araşdırmaları yerləşdirilmirsə, deməli, aqrar elmlə istehsalat arasında əlaqə yox dərəcəsindədir. Bir var hər hansı mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi konfrans keçirir, yeniliklərlə bağlı iştirakçıları tanış edir, birvar ki, müzakirə olunan mövzu ətraflı işlənilərək sayta yerləşdirilir və istehsalçıların diqqətinə çatdırılır. Şübhəsiz ki, ikinci hal daha səmərəlidir. Çünki bu gün Azərbaycanda aqrar sektorda tətbiq edilən yeniliklər, elmi araşdırmalar təcrübə baxımından hər bir fermer üçün maraqlıdır. Bu baxımdan hər bir alim- tədqiqatçı ona can atmalıdır ki, araşdırması, elmi axtarışları son ünvana - istehsalçıya çatsın. Təxminən ən aşağı statistik rəqəmi götürək və belə hesab edək ki, Kənd Təsərrüfatı Nazirliyinin 5 elmi-tədqiqat institutunda cəmi 250 alim çalışır. Bu alimlərin hərəsi ay ərzində öz sahəsində şəxsi tədqiqatlarla və müasir dünya təcrübəsi ilə bağlı cəmi 2 məqalə hazırlayıb vahid elektron ünvana yerləşdirə bilsə, bir ayda dərc olunan məlumat-tövsiyə xarakterli yazıların sayı 500-ə çatar.

Ölkə daxilində biliklərin paylanması, təcrübə mübadiləsi bu gün ən vacib addımlardan biridir. Buna görə də Kənd Təsərrüfatı Nazirliyionun tabeliyindəki elmi-tədqiqat institutları bu işə ciddi yanaşmalıdır. Xüsusən də Prezidentin məqalənin əvvəlində qeyd etdiyimiz fərmanından sonra...

Bahadur İMANQULİYEV,

Azərbaycan.- 2016.- 23 iyun.- S.1-3.