Azərbaycan
Respublikasında ipoteka kreditləşməsinin
bəzi məsələləri haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1).
2. Müəyyən edilsin ki, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra - Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.1. Azərbaycan Respublikasının Prezidenti:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.2.1. bu fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 2).
4. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin.
5. “Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir:
5.1. ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını;
5.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini;
5.3. ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını;
5.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini;
5.5. ipoteka kreditinin alınması üçün tələb olunan və bu fərmanın 7.2.1-7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını;
5.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;
5.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını;
5.8. ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını.
6. “Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir.
7. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
7.1. “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin;
7.2. ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etsin:
7.2.1. ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
7.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
7.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
7.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
7.2.5. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
7.2.6. mərkəzləşdirilmiş
kredit reyestrindən məlumatlar;
7.2.7. ünvan reyestrinin
məlumatları;
7.3. “Elektron ipoteka” sisteminin təşkilində
və fəaliyyətinin
təmin olunmasında
Cəmiyyətə kömək
göstərsin.
8. Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyinə, Ədliyyə
Nazirliyinə, Vergilər
Nazirliyinə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət
Komitəsinə və
Maliyyə Bazarlarına
Nəzarət Palatasına
tapşırılsın ki,
“Elektron ipoteka” sisteminin fəaliyyətinin
təşkili üçün
Cəmiyyətə kömək
etsinlər.
9. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
9.1. “Elektron ipoteka” sisteminin əsasnaməsinin
layihəsini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
9.2. ipoteka kağızının
qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
9.3. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
9.4. Cəmiyyətin Nizamnaməsinin
7.2-ci bəndinin ikinci
cümləsinə uyğun
olaraq, Cəmiyyətin
Müşahidə Şurasının
üzvlərini on gün
müddətində təyin
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
9.5. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin
vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımbəndinə
uyğun olaraq, borcalanın (borcalanların)
aylıq məcmu gəlirinin hesablanması qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
bir ay müddətində
müəyyən etsin;
9.6. nəzarət zərfi dövlətə
məxsus banklar tərəfindən öz
vəsaitləri hesabına
ipoteka kreditlərinin,
“Azərbaycan İpoteka
Fondu” Açıq Səhmdar Cəmiyyətinin
vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi Qaydası”nın
3.1-3.3-cü bəndlərində müəyyən edilmiş
tələblərə uyğun
verilməsinin qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla bir
ay müddətində müəyyən
etsin;
9.7. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.9. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
10. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
11. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 27
oktyabr tarixli 661 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 10, maddə 1133) aşağıdakı
dəyişikliklər edilsin:
11.1.
3.5-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb
etdiyi vəsait, yaşayış sahəsinin
1 kvadratmetri üçün
hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə
zonalarda, ölkənin
digər şəhər
və rayon ərazilərində
orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış
sahələrinin alınmasına
yönəldilir;”;
11.2.
4.5-ci və 4.6-cı bəndlər
ləğv edilsin.
12. Cəmiyyət ipoteka kreditləşməsi üçün
zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
13. “Azərbaycan Respublikasında
ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, N 9, maddə
805, N 10, maddə 910; 2007, N 6, maddə 606; 2009, N 3, maddə
163; 2010, N 7, maddə 610), “Azərbaycan
Respublikasının Mərkəzi
Bankı nəzdində
Azərbaycan İpoteka
Fondu haqqında Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22
dekabr tarixli 339 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, N 12, maddə 1108; 2007, N 1, maddə 8; 2014, N 12, maddə
1583) və “Azərbaycan
Respublikasında ipoteka
kreditlərinin verilməsi
mexanizminin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, N 1, maddə
8, N 5, maddə 457, N 6, maddə
608; 2010, N 2, maddə 80; 2012, N 9, maddə 859; 2013, N 2, maddə
105) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyun
2016-cı il
Azərbaycan.-2016.- 22 iyun.- S. 3.