Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli
454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Vergilər Nazirliyi haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi
haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr
tarixli 1384-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, N 3, maddə 162; 2005, N 9, maddə 797; 2006, N 5, maddə
400; 2007, N 4, maddə 323, N 12, maddə 1246; 2008,
N 11,
maddə 972; 2009, N 10, maddə 780, N
12, maddə 983;
2011, N 2, maddə 85; 2013, N 2, maddə 111, N 7, maddə
806) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda 11.13-1-ci və 11.23-1-ci bəndlər
əlavə edilsin:
“11.13-1.
vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş müddətdə yerinə yetirmədikdə,
hesablanmış vergilər üzrə borcların və faizlərin,
tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini
təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki
şəxsin və ya hüquqi şəxsin icra
orqanının rəhbərinin ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması
üçün məhkəməyə müraciət etmək;
11.23-1.
aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan
Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi
ilə bağlı müəyyən olunan qaydaların tələblərinə
əməl edilməsinə nəzarət etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 24 iyun.- S. 2.