Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Terror əleyhinə
əməliyyatları idarəetmə üzrə Əməliyyat
Qərargahının fəaliyyət qaydası haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları
idarəetmə üzrə Əməliyyat Qərargahının
fəaliyyət qaydası haqqında Əsasnamə”ni “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci
il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, N9, maddə 864) ilə təsdiq edilmiş “Terror əleyhinə
əməliyyatları idarəetmə üzrə Əməliyyat
Qərargahının fəaliyyət qaydası haqqında
Əsasnamə”nin 6.6-cı bəndində “terror
aksiyasının” sözləri “terror aktının” sözləri
ilə, 14-cü hissəsində isə “Terror
aksiyasının” sözləri “Terror aktının” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 24 iyun.- S.2.