Heydər Əliyev
Fondunun təşəbbüsü ilə uşaqlar üçün
növbəti şənlik təşkil olunub
İyunun 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə maraqlı şənlik təşkil olunub.
Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bu dəfə Heydər
Əliyev Fondu uşaqları paytaxtın
dənizkənarı istirahət
məkanlarından birinə
topladı. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları
nağıl qəhrəmanları
qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzinin sakinləri
bu məkanda yay mövsümünün
ovqatını hiss etdilər,
günəşli günlərin
qayğısız anlarını
yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların
şənliyinə qoşuldu. Balacalara xas
olan hədsiz səmimiyyət və sevinclə əylənən
uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak etdilər, bu isti yay günündə
hovuzda üzdülər,
sevinclərini ətrafdakılarla
bölüşdülər.
Leyla Əliyeva
uşaqlarla söhbət
etdi, şənliklə
bağlı fikirlərini
öyrəndi, onlarla şəkil çəkdirdi. Uşaq evlərinin
və Daun Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzinin
sakinləri təəssüratlarını
bölüşdülər, burada yeni dostlar
qazandıqlarını söylədilər,
iştirak etdikləri
oyunlar, əyləndikləri
attraksionlar barədə
danışdılar.
Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan
nəslin hərtərəfli
qayğı ilə əhatə olunmasını
fəaliyyətinin prioritet
istiqamətləri kimi
müəyyən edən
Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin
sakinləri ilə görüşə növbəti
hədiyyəsi ilə
gəldi, onlara mənalı, maraqlı və unudulmaz bir gün yaşatdı.
Tədbirdə balacalar üçün
əsl bayram ab-havası yaradıldı.
Uşaqlar müxtəlif rəqslər,
mahnılar ifa etdilər, məharətlərini
göstərdilər.
Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin
bir hissəsi olan bu şənlik
onlarla uşağı
sevindirdi. Fondun himayəsi altında
uşaqlarla bağlı
həyata keçirilən
aksiyalar ilk növbədə
qaçqın və məcburi köçkün
ailələrindən olan
uşaqlara kömək,
diabet və talassemiya xəstəliklərindən
əziyyət çəkən
balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin
əsaslı şəkildə
yenidən qurulması,
yeni məktəb binalarının tikilməsi
məqsədi daşıyır.
Bu dəfə də
hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim
edildi.
Bayram şənliyində
iştirak edən
200-yə yaxın uşağın
təbəssümü onlara
maraqlı bir gün bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən
ən yüksək qiymət idi.
Azərbaycan.-2016.-
24 iyun.- S.3.