Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 234
¹ 234
Bakı şəhəri,
22 iyun 2016-cı il
“Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar
və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar
və sair) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin:
2.1.”Azərbaycan
Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın
təsdiq edilməsi haqqında” 2014-cü il
12 mart tarixli 76 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, N3, maddə
308);
2.2.
2008-ci il 26 may tarixli 193s nömrəli sərəncamı;
2.3.
2009-cu il 1 may tarixli 104s nömrəli sərəncamı ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
24 iyun.- S.5.