Bakıda “Azərbaycanda
mobillik naminə tərəfdaşlıq”
mövzusunda beynəlxalq konfrans
keçirilir
İyunun
23-də Bakıda “Azərbaycanda mobillik naminə tərəfdaşlıq”
mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Avropa
İttifaqına üzv və tərəfdaş ölkələrin
təcrübələrinin təhlili aparılan konfransda
mobillik və miqrasiya sahəsində əməkdaşlığın
perspektivləri müzakirə olunub.
Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard təmsil etdiyi qurumun Azərbaycan ilə
Şərq Tərəfdaşlığı çərçivəsində
əməkdaşlığı davam etdirmək niyyətində
olduğunu bildirib. O, Avropa İttifaqının Azərbaycan ilə
əlaqələri bir çox sahələrdə daha da
genişləndirmək fikrində olduğunu diqqətə
çatdırıb.
Xarici
işlər nazirinin müavini Mahmud Məmmədquliyev ötən
il Riqa sammitində Azərbaycan-Avropa İttifaqı strateji tərəfdaşlığına
dair saziş layihəsinin təqdim edildiyini və bu sənədə
miqrasiya sahəsində əməkdaşlığın
genişləndirilməsinin daxil olduğunu xatırladıb.
Nazir müavini bildirib ki, sənədin imzalanması əməkdaşlığı
yeni strateji tərəfdaşlıq səviyyəsinə
qaldıracaq. Hazırda Avropa İttifaqı ilə Azərbaycan
arasında siyasi dialoqun bərpası üzərində iş
aparılır. Eləcə də bu ilin ikinci yarısında
Avropa İttifaqında Azərbaycana dair alt komitələrin
iclaslarının keçirilməsi nəzərdə tutulur.
Həmçinin aviasiya sazişinə dair
danışıqların da davam etdirilməsi və Azərbaycan
ilə strateji tərəfdaşlıq üçün
müzakirələrin başlanması üçün Avropa
Komissiyasına mandat verilməsi gözlənilir.
Miqrasiya
Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin
layihə koordinatoru Violetta Vaqner qeyd edib ki, mobillik naminə tərəfdaşlıq
miqrasiya və mobillik sahəsində Avropa İttifaqı,
quruma üzv dövlətlər, eləcə də
üçüncü ölkələr arasında ən
qabaqcıl əməkdaşlıq və tərəfdaşlıq
çərçivəsidir.
Konfransda
mövzu ətrafında müzakirələr aparılıb.
Tədbir iki gün davam
edəcək.
AZƏRTAC
Azərbaycan.-2016.- 24 iyun.- S.7.