Aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafına zəmin yaradıb

 

Kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupunun üzvləri iyunun 22-də Şəmkir rayonuna səfər edərək, “yaşıl market”lə tanış olub, “Ceyrançöl” MMC-də, “Şəmkir Aqroparkdaistixanalarda təsərrüfat işləri ilə maraqlanıblar.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, aqrar sektorda mövcud vəziyyətlə tanış olmaq və perspektivləri müzakirə etmək üçün yaradılan işçi qrupunun üzvləri əvvəlcə “yaşıl market”ə gəliblər. Məlumat verilib ki, “Şəmkir səbəti” brendi ilə fəaliyyət göstərən “yaşıl market”də əhalini kənd təsərrüfatı məhsulları, faraş meyvə-tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün müvafiq yerlər, kafe, supermarket, soyuducu anbarlar və sanitariya qovşağı yaradılıb.

Şəmkir bələdiyyəsinin iri nümunəvi taxılçılıq, bitkiçilik təsərrüfatı olanCeyrançöl” MMC-də isə bildirilib ki, burada torpağın əkilib-becərilməsi, aqrotexniki tədbirlərin aparılması üçün müasir tələblərə cavab verən 10 ədəd “NEW Holland” markalı traktor, 44 adda müxtəlif kənd təsərrüfatı texnika və avadanlıqları lizinq yolu ilə alınıb. Əkin sahələrinin suvarılması üçün su xətlərinin çəkilişi başa çatdırılıb. Təsərrüfatda 65 nəfər daimi, 205 nəfər isə mövsümi işlə təmin olunacaq.

Aqroparka gələn işçi qrupunun üzvlərinə məlumat verilib ki, 650 hektar ərazidən 350 hektarında intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün aparılır. Burada müasir texnologiyalar tətbiq ediləcək. İyirmi hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton pomidorxiyar istehsalı planlaşdırılır. Aqroparkda 20 min tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma müəssisələri fəaliyyət göstərəcək.

Sonra Heydər Əliyev Mərkəzində mütəxəssislərin, aqrar sektorda çalışan sahibkarların və bu sahəyə xidmət edən idarə və təşkilatların, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə aqrar sektorda görülən işlərlə bağlı məlumat verib.

İşçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb, yeni mərhələdə aqrar sahənin inkişaf istiqamətlərindən danışıb. Aqrar sahənin inkişafının iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri olduğunu deyən A.Əmiraslanov bildirib ki, dövlət tərəfindən əkinlərə ayrılan subsidiyalar, kənd təsərrüfatı məhsullarının alış qiymətinin artırılması və digər güzəştlər bu sahənin inkişafına xidmət edir.

Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafından da danışan işçi qrupunun rəhbəri bu istiqamətdə dövlət dəstəyinin gücləndirildiyini, pambıqçılıq və baramaçılığa da subsidiyaların veriləcəyini diqqətə çatdırıb.

Sonra müşavirə diskussiya şəraitində davam edib, fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar tərəfindən taxıl anbarı, un dəyirmanı kompleksinin, istixanaların yaradılması üçün güzəştli kreditlərin verilməsi, müasir suvarma sistemlərinin aidiyyəti dövlət qurumları tərəfindən quraşdırılmasının təmin edilməsi və digər təkliflər səsləndirilib. Təkliflər araşdırılmaq və müvafiq tədbirlər görülmək üçün nəzarətə götürülüb.

* * *

İyunun 23-də Gədəbəy rayonunda kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupunun üzvlərinin, mütəxəssislərin, fermer və təsərrüfat sahiblərinin iştirakı ilə müşavirə keçirilib.

İşçi qrupunun üzvləri əvvəlcə rayonun Maarif kəndində fərdi təsərrüfatçıların dəmyə şəraitdə becərdikləri taxıl və bostan bitkiləri sahəsinə baxıb, Slavyanka kəndində mal-qaranın yaylağa köçürülməsi prosesi ilə tanış olublar.

Rayon mədəniyyət evində keçirilən müşavirəni açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Gədəbəyin iqtisadiyyatı kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri üzrə tanınsa da, son illər Gədəbəy əsasən sənayetutumlu rayona çevrilib. Qeyd olunub ki, rayonda əkinçiliklə bərabər, maldarlıq da sürətli inkişaf edir. Hazırda Gədəbəydə 54,8 min baş iribuynuzlu, 278,8 min baş xırdabuynuzlu mal-qara saxlanılır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə cari ildə fermerlər tərəfindən 169 baş iribuynuzlu heyvan süni mayalandırılıb.

R.Yediyarov həmçinin bildirib ki, fermer təsərrüfatlarında 7916 arı ailəsi saxlanılır. Hər il orta hesabla bu təsərrüfatlarda 47 ton bal istehsal olunur. İşçi qrupunun rəhbəri Azər Əmiraslanov çıxış edərək dövlət başçısının qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının gəlirli sahələrinin inkişafı üçün qarşıya qoyduğu vəzifələrdən, verdiyi konkret tapşırıqlardan danışıb.

Aqrar sektora göstərilən dövlət dəstəyindən bəhs edən işçi qrupunun rəhbəri bu sahənin inkişafı üçün inzibati maliyyə resurslarının səfərbər edilməsinin, uçot statistika işinin düzgün qurulmasının, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən söz açıb. Bildirilib ki, həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.

A.Əmiraslanov Gədəbəydə kənd təsərrüfatının ənənəvi sahələrinin - kartofçuluğun, taxılçılığın, bostan bitkilərinin inkişafı ilə yanaşı, arıçılığın, iri xırdabuynuzlu heyvandarlığın perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.

Müşavirədə iri xırdabuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, yeni kartof taxıl sortlarının tətbiqi sahələrinin genişləndirilməsi, ana damazlıq arıların əldə olunması, rayonda ənənəvi bal festivalının keçirilməsi, suvarma işinin yaxşılaşdırılması digər təkliflər səsləndirilib.

Sonda işçi qrupunun üzvləri qaldırılan məsələlərə münasibətlərini bildiriblər. Bir sıra təkliflər baxılmaq üçün nəzarətə götürülüb.

İşçi qrupunun üzvləri daha sonra Samuxa yola düşüblər.

AZƏRTAC

Azərbaycan.-2016.- 24 iyun.- S.6.