Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Yeddi min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən
Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi
məqsədi ilə Azərbaycan Respublikasının
2016-cı il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2
milyon (beş milyon iki yüz min) manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2016-cı il
Azərbaycan.-2016.- 25 iyun.- S.1.