Azərbaycan
Respublikasının dəniz nəqliyyatı işçilərinə
Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və “Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11
iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycanda
dəniz nəqliyyatının inkişafında xidmətlərinə
görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Axundov
Muxtar Bəhrəm oğlu
Ərəbov
Nazim Yaqub oğlu
Kazımov
Soltan Ağaqulu oğlu
Novruzov
Şamil Nəcəf oğlu
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2016-cı il
Azərbaycan.-2016.- 25 iyun.- S.2.