Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularına və mülki
işçilərinə fəxri adların verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin
yaranmasında, şəxsi heyətin
sağlamlığının qorunub saxlanılmasında və
mənəvi-psixoloji hazırlığının yüksəldilməsində
fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın
inkişafında xidmətinə və uzunmüddətli səmərəli
fəaliyyətinə görə aşağıdakı şəxslərə
Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar həkim”
Əlləzov
Çingiz Bayram oğlu - tibb
xidməti polkovniki
“Əməkdar müəllim”
Məmmədova
Nərgiz Qədir qızı
“Əməkdar jurnalist”
Hüseynov Rəşid Məmməd
oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun
2016-cı il
Azərbaycan.-2016.-
25 iyun.- S.2.