Dövlət orqanlarında, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında vətəndaşların
müraciətləri ilə bağlı
kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə
uyğun olaraq qərara alıram:
1. “Dövlət orqanlarında,
dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında
vətəndaşların müraciətləri ilə
bağlı kargüzarlığın aparılmasına nəzarətin
həyata keçirilməsi Qaydası “ təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4.
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 25 iyun.- S.2.