“Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ
nömrəli Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq, “Vətəndaşların müraciətləri
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr
tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
1.
“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, N 4, II kitab, maddə 171; 2006, N 12, maddə
1005) 2-ci maddəsində “Vətəndaşların müraciətlərinə
baxılması qaydası” sözləri “Vətəndaşların
müraciətləri” sözləri ilə əvəz edilsin.
2.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1080; 2007, N 8, maddə 756;
2010, N 3, maddələr 171, 172; 2011, N 3, maddə 162, N 7, maddə
617; 2012, N 5, maddə 405, N 7, maddə 653; 2015, N 2, maddə 81,
N 11, maddə 1291) 4.2.3-cü maddəsində “Vətəndaşların
müraciətlərinə baxılması qaydası” sözləri
“Vətəndaşların müraciətləri” sözləri
ilə əvəz edilsin.
3.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, N 1, maddə 1) 11.2-ci maddəsində
“Vətəndaşların müraciətlərinə
baxılması qaydası” sözləri “Vətəndaşların
müraciətləri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 iyun
2016-cı il
Azərbaycan.-2016.- 25 iyun.- S. 2.