Prezidentdən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti mühüm fərman

İpoteka krediti hesabına mənzil almaq asanlaşır

 

Bütün hallarda Azərbaycanı sosial dövlət adlandırmaq mümkündür. Müstəqilliyin bərpasından ötən 25 ilin elə bir dövrü olmayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, güzəranının yaxşılaşdırılması dövlətin iqtisadi siyasətində arxa demirik, hətta ikinci plana keçsin. Bu, ötən əsrin 90-cı illərinin əvvəllərində obyektivsubyektiv səbəblərdən qarşılaşdığımız keşməkeşli dövrdə də belə olub, yeni yüzilliyin başlanğıcında yaşadığımız sürətli iqtisadi inkişaf zamanında da.

Elə indiki mürəkkəb beynəlxalq münasibətlərdən irəli gələn qeyri-sabit iqtisadi şəraitdə də Azərbaycanda icrası təxirə salınmayan, yaxud yubadılmayan vəzifələr varsa, o da birbaşaya dolayısı ilə əhalinin sosial müdafiəsinə bağlı olan sahələrə aiddir. Ölkə iqtisadiyyatı üçün əlverişsiz sayılan bu illərdə əməkhaqları və pensiyaların artırılması, yeni yerlərinin açılması, sahibkarlıqla məşğul olmaq istəyənlərə edilən güzəştlərin genişləndirilməsi və dərinləşdirilməsi, ən yüksək səviyyədə təşkilat, müəssisə və özəl qurumlara yerlərini ixtisar etməmək barədə tövsiyənin verilməsi və s. sıradan bir tədbirlər yox, Azərbaycanın həqiqətdə sosial dövlət olmasından xəbər verən faktlardır. bu faktlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Bizim bütün fəaliyyətimiz əhalinin güzəranının daha da yaxşılaşmasına xidmət edir” bəyanatı konkret və ardıcıl fəaliyyətə söykənir.

Dövlət başçısının 22 iyun 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” sənədin, “Azərbaycan İpoteka Fondu” Acıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və “Azərbaycan İpoteka FonduASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilmə qaydasının təsdiqlənməsi bu fəaliyyətin növbəti təzahürüdür. Xatırladaq ki, Azərbaycanda “İpoteka haqqında qanun” 2005-ci ilin aprelində qəbul edilmişdir. Bu qanunla ipoteka kreditlərinin əsasını təşkil edən girov təminatının bütün hüquqi aspektləri tənzimlənmiş, o cümlədən təminat hüquqlarının ipoteka kağızı ilə rəsmiləşdirilməsi qaydaları müəyyənləşmişdir. Bunun ardınca Prezidentin həmin il sentyabrın 16-da imzaladığı fərmanla Azərbaycan Respublikasının Milli Bankı (indiki Mərkəzi Bank) nəzdində Azərbaycan İpoteka Fondu yaradılmış, daha sonra ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları təsdiqlənmişdir.

Dövlət başçısının 2015-ci il 27 oktyabr tarixli fərmanına əsasən isə Azərbaycan Mərkəzi Bankının nəzdindəki Azərbaycan İpoteka Fondunun bazasında bütün səhmləri dövlətə məxsus olan eyni adlı Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmışdır. ASC-nin yaradılmasında əsas məqsəd əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi hesabına təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerlixarici maliyyə resurslarının cəlb edilməsinə kömək göstərməkdir.

“Azərbaycan İpoteka FonduASC-nin ölkə Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiqlənmiş nizamnaməsində göstərilir ki, bu səhmdar cəmiyyət əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmayacaq. O, yalnız ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirəcək, ipoteka kreditləri üzrə zəmanətlər verəcək, eləcə də “Elektron ipotekasisteminin fəaliyyətini təşkil və təmin edəcək. Yeri gəlmişkən bildirək ki, “Elektron hökumət” portalında yaradılacaq “Elektron ipotekasistemi dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” sənədə əsasən, 2017-ci il yanvarın 1-dən tətbiq olunacaq. Bu sistemdə ipoteka kreditini, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb edilən sənədlərin siyahısı və şərtlər barədə məlumatlar olacaq, ipoteka krediti almaq istəyən şəxsin imkanı ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdiriləcək, ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılacaq və s.

“Azərbaycan İpoteka FonduASC-nin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq təsisçinin qərarı ilə Cəmiyyətin istifadəsinə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilən aktivlərin balans dəyərində təşkil olunacaq. Prezidentin təsdiqlədiyi fərmana əsasən, ASC 307 milyon 238 min 671 manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

Təsdiq olunan sənədlər arasında əhalinin ən çox maraq göstərdiyi ipoteka kreditlərinin verilmə qaydalarına edilən dəyişikliklərdir. Əvvəlcədən qeyd edək ki, bu qaydalar xeyli sadələşdirildiyindən və yumşaldıldığından əhali üçün ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri daha əlçatan olacaq. Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş yeni qaydalara əsasən, ipoteka kreditləri 3 ildən 25, güzəştli ipoteka kreditləri isə 30 ilədək veriləcək. Kreditləri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinə görə almaq mümkün olacaq. Kredit yaşayış sahəsinin bir kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı, habelə paytaxtın qəsəbə və kəndləri üzrə zonalarda, eləcə də ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına veriləcək. Faizlərə gəldikdə isə, yeni qaydalara görə, onlar ASC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək. Qaydalara əsasən, güzəştli və adi ipoteka kreditinin məbləği alınan yaşayış sahəsinin qiymətinin 85 faizindən çox olmamalıdır. İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ isə borc alanın (yaxud borc alanların) aylıq gəlirinin 70 faizindən çox ola bilməz. Eyni zamanda, kreditin son ödəniş tarixi borc alanın pensiya yaşı həddini keçməməlidir.

Yeni qaydalarda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı xeyli genişləndirilmişdir. İndi bu siyahıya şəhid ailələri, Milli Qəhrəmanlar və ailələri, məcburi köçkünya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda olmuş, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçmiş şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəblərində işləmiş müəllimlər, elmlər doktorları və fəlsəfə doktoru üzrə elmi dərəcəsi olanlar, xüsusi xidmətləri olmuş, fərqlənmiş idmançılar, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyataistefaya buraxılmış hərbi qulluqçular, azı 3 il daxili işlər orqanlarında xidmət keçmiş xüsusi rütbəsi olanlar daxildirlər. Onu da qeyd edək ki, yeni qaydalara görə, bu kateqoriyaya daxil olanlar güzəştli kreditlərdən yalnız bir dəfə istifadə etmək hüququna malikdirlər.

İpoteka kreditlərinin verilmə proseduru da sadələşdirilmişdir. İndi belə kreditlə özünə yaşayış sahəsi almaq istəyən şəxsin özünün ailə üzvlərinin şəxsiyyətini, eləcə yerini gəlirlərini təsdiq edən sənədləri, əgər fərdi sahibkardırsa, vergi orqanlarından qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini, həmçinin vergi bəyannaməsini təqdim etməsi kifayətdir.

Göründüyü kimi, dövlət başçısının fərmanı ilə Azərbaycanda ipoteka kreditləşməsində edilən köklü dəyişikliklər ilk növbədə əhalinin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı təbəqəsinin ən vacib sosial problemlərinin həllinə yönəlmişdir. Onu da qeyd edək ki, Azərbaycan dövləti, xüsusən Prezident İlham Əliyev son illər bu sahədə çox ciddi addımlar atmışdır atır. Təkcə qaçqın məcburi köçkünlər üçün salınmış bütün infrastruktura malik onlarla şəhərcikləri, o cümlədən tikilmiş minlərlə ev mənzilləri, yüzlərlə sosial obyektləri xatırlatmaq kifayətdir ki, Azərbaycanda bütün dövrlərdə əhalini ən çox rahatsız etmiş bu ciddi sosial problemin həlli istiqamətində qədər işlər görüldüyünün şahidi olasan. Bunun nəticəsidir ki, indi Azərbaycan ailəsi bir ev ya bir mənzillə kifayətlənmir, valideynlər nəinki övladları, hətta nəvələri üçün ev tədarük etmək istəyirlər. Düzdür, bu, heç hamıya nəsib olmur. Aramızda sadəcə, başının üstündə dama ehtiyacı olanlar da var. Elə ipoteka kreditləşməsində edilən dəyişikliklər - şərtlərin optimallaşdırılması, kreditlərin maksimal məbləğinin faiz dərəcələrinin iqtisadi reallıqlara uyğunlaşdırılması, bu zaman kreditə ehtiyacı olanların gəlirlərinin ödəmə qabiliyyətlərinin nəzərə alınması s. məhz əhalinin bu təbəqəsinin arzularının reallaşmasına hesablanmışdır.

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2016.- 25 iyun.- S.1.