Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 243

¹ 243                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmişTibbi sığorta müqaviləsinin forması bağlanma Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli  1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 3, maddə 213; 2008, N 2, maddə 108, N 6, maddə 581; 2015, N 7, maddə 874) ilə təsdiq edilmişTibbi sığorta müqaviləsinin forması bağlanma Qaydası”na əlavə - “Tibbi sığorta müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) ünvanı)” sözləri ilə əvəz edilsin.

2. I bölmənin 4-cü hissəsinədoğulduğu yer,” sözlərindən sonradoğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin həmin hissədədaimi yaşayış yerisözləriünvanısözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 25 iyun.- S.6.