Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 251
¹ 251 Bakı şəhəri,
22 iyun 2016-cı il
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq
Səhmdar Cəmiyyətinin
Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
26 fevral tarixli 1831 nömrəli Sərəncamının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, N 12, maddə 1229; 2009, N 10, maddə 846; 2010, N 11, maddə
1039; 2013, N 6, maddə 762; 2014, N 1, maddə 69; 2015, N 10, maddə
1593) ilə təsdiq edilmiş “Azəristiliktəchizat”
Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1-ci bəndə “sərəncamına”
sözündən sonra
“(bundan sonra - sərəncam)” sözləri
əlavə edilsin.
2. 6.4-1-ci
bəndə “filial” sözündən
əvvəl “idarə,”
sözü əlavə
edilsin.
3. Aşağıdakı məzmunda
6-1-ci hissə əlavə
edilsin:
“6-1. Cəmiyyətin ali
idarəetmə orqanı
6-1.1. Cəmiyyətin ali
idarəetmə orqanı
onun səhmdarlarının
ümumi yığıncağıdır.
6-1.2. Cəmiyyətin səhmdarlarının
ümumi yığıncağının
səlahiyyətlərinə aid edilmiş məsələlər
sərəncama uyğun
olaraq həll edilir.”.
4. 7-ci hissə üzrə:
4.1.
7.6.2-ci yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“7.6.2. Azərbaycan
Respublikası Əmlak
Məsələləri Dövlət
Komitəsinin razılığı
ilə Cəmiyyətin
idarə, nümayəndəlik
və filiallarının
yaradılması və
ya ləğv edilməsi, həmçinin
törəmə müəssisələrinin
(cəmiyyətlərinin) yaradılması,
yenidən təşkil
və ya ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə və
Müşahidə Şurasının
təkliflərinə uyğun
olaraqqərarlar qəbul
edir;”;
4.2. 7.6.3-cü yarımbənddən
“strukturunu və”
sözləri çıxarılsın;
4.3.
7.6.8-ci yarımbəndə “bölmələrinin,” sözündən
sonra “idarə,” sözü, “müəssisələrinin”
sözündən sonra
“(cəmiyyətlərinin)” sözü əlavə edilsin;
4.4.
7.6.9-cu yarımbənd aşağıdakı
redaksiyada verilsin və aşağıdakı
məzmunda 7.6.10-cu və
7.6.11-ci yarımbəndlər əlavə edilsin:
“7.6.9. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;
7.6.10. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
7.6.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.”.
5. 8.3.5.4-cü yarımbəndə “bölmələrinin,” sözündən sonra “idarələrinin,” sözü, “müəssisələrinin” sözündən sonra “(cəmiyyətlərinin)” sözü əlavə edilsin.
6. 10-cu hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“10.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.”.
7. 10.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 25 iyun.- S.6.