Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 245
¹ 245 Bakı şəhəri,
22 iyun 2016-cı il
“Dövlət sosial
sığorta şəhadətnaməsinin
formasının təsdiq
edilməsi haqqında”Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 23
mart tarixli 46 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 1782 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 23
mart tarixli 46 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu,2002, N 3, maddə 149; 2005, N 6, maddə 546;2008, N 2, maddə
114) ilə təsdiq edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin forması”nın
“Üz tərəf” hissəsinə “Cinsi” abzasından sonra “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” abzasları
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
25 iyun.- S.6.