Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı № 244
№ 244
Bakı şəhəri,
22 iyun 2016-cı il
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 25 mart tarixli
49 nömrəli qərarı
ilə təsdiq edilmiş “Tibbi sığorta şəhadətnaməsinin
forması və onun tətbiqi Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 1782 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 25
mart tarixli 49 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu,2002, N 3, maddə 152; 2008, N 6, maddə 581) ilə təsdiq edilmiş “Tibbi sığorta şəhadətnaməsinin forması
və onun tətbiqi Qaydaları”nın
“I. Tibbi sığorta
şəhadətnaməsinin forması” bölməsində
“(sığortalının tam adı, ünvanı)” sözləri “(sığortalının
adı (fiziki şəxs olduqda, həmçinin soyadı,
atasının adı,
fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i)
və ünvanı)” sözləri ilə, “(soyadı, adı və atasının adı, anadan olduğu il)” sözləri “(adı, soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi)”
sözləri ilə və “sığorta agentinin soyadı, adı və atasının adı” sözləri “sığorta
agentinin adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i)
və ünvanı” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
25 iyun.- S.6.