Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 242

¹ 242                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

“Könüllü (əlavə) sosial sığorta şəhadətnaməsinin (polisin) formasının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 94 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 2, maddə 161) ilə təsdiq edilmiş “Könüllü (əlavə) sosial sığorta şəhadətnaməsinin (polisin) forması”na “Ünvanı” sətrindən sonra “Fərdi identifikasiya nömrəsi” sətri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 25 iyun.- S.6.