Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 241

¹ 241                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 5.2-ci “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 12, maddə 1682; 2015, N 11, maddə 1416) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın 4.3.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 25 iyun.- S.6.